Bədən dili

Bədən dili nədir? Ünsiyyətdə bədən dili

Bədən dili haqqında danışarkən ağıla ilk gələn mövzulardan biri də insan psixologiyasıdır. Bədən dili hərəkətləri (yəni jest, mimika, hansı tərəfə yönəlik baxmaq – demək olar ki, bütün bədən hərəkətləri) bədən dili, eləcə də psixologiya və bədən dili aspektində geniş öyrənilir. Hətta beden dili mövzusunda xeyli sayda bədən dili kitabları çapdan çıxmışdır.

Bədən dili psixologiyası, bədən dili elementləri

Bədən dili və bədən dili elementləri xüsusilə siyasətdə, işgüzar münasibətlərdə, kişi-qadın münasibətlərində rol oynamaqdadır. Gəlin ən maraqlı bədən dili hərəkətlərinin bir neçəsi ilə tanış olaq:

  1. Barmaqlara toxunmaq

Danışarkən və ya dinləyərkən əl barmaqlarınıza toxunmaq çox zaman səbirsiz və gərgin görünməyinizə səbəb olur.

  • Barmaq uclarını bir-birinə toxundurmaq


Bu hərəkəti, əlbəttə, siyasətçilər daha çox edir. Barmaq uclarını birləşdirmək idarəedici gücü ifadə edir. Diplomatiyada bədən dilinin rolunu inkar etmək, təbii ki, qeyri-mümkündür.

  • Gözləri aşağı dikib baxmaq


Bu hərəkət zəif görsənməyinizə səbəb olur. Xüsusilə də dialoqlarda əsla yerə baxaraq danışmayın.

  • Dırnaq yemək


Əsəbi, gərgin görüntünün, eyni zamanda güvənsiz bir vəziyyətin göstəricisidir. İnsanlar gərgin olduqları çox vaxt bu hərəkəti fərqində olmadan edirlər. Kənardakı insanlar isə asanlıqla sezə bilir.

  • Başqasının hərəkətləri təkrarlamaq

Bu, bir növ əks etdirməkdir. Qarşıdakı insanın söylədikləri sizi məmnun etdikdə və ya onu təqdir etdiyinizdə, ona inandığınızda bu güzgüləmə hərəkətlərini etməyə başlayırsınız.

Bədən dilində gözlər, əllər, ağız ən əsas mesaj ötürən bədən üzvləridir.

Sevgidə bədən dili

Sevgidə bədən dilindən danışarkən görərik ki, qadınların bədən dili kişilərə nisbətən daha çox təhlil olunur. Axı kişilər emosiyalarını gizlədirlər və ya uzun müddət özlərini (duyğularını) sıxıb qapalı xarakter kimi tanınırlar. Buna baxmayaraq bədən dili haqqında informasiyaya sahib olmaq kişiləri belə anlamağa kömək edir.

love
Sevginin beden dili


Sevginin beden dili ilə əlaqədar bir sıra maraqlı məlumatlar var. Onları nəzərdən keçirərək kişi-qadin munasibetlerinde ugurlu olmagin bir yolunu da tapmış olacaqsınız.

Qadın qarşı tərəfə marağı olduğunda aşağıdakı bədən dilindən (ən çox istifadə olunan bədən dili hərəkətləri) istifadə edir:

Başını bir az yana əyərək izləyir və ya sizinlə belə danışır. Saçları ilə oynayır. Səs tonunu sizin səsinizə uyğunlaşdırmağa çalışır və əsasən gülümsəyir.

Kişinin qarşı tərəfə marağı olduqda:

Danışarkən sizin olduğunuz tərəfə əyilir və bütün bədən üzvlərini sizə doğru yönləndirir (məsələn, masada əyləşərkən düz sizi görməyə çalışar, çiyin və ya qollarını yana əyməz – sizin olduğunuz tərəfə istiqamətlənər). Bəzən sizə baxanda gözlərini qıya bilər. Əlləri ilə çənəsinə tez-tez toxunar və s.

Bədən dili kitabları

Burada isə sizə maraqlı gələcək beden dili kitablarini paylaşmışıq:

  1. Bədən dili – Allan,  Barbara Pease
  2. Bədən dili – Judi James
  3. Bədən dili lüğəti – Joe Navarro
  4. Aşkın beden dili – Ercan Kaşıkçı
  5. Bədən dilini anlamaq – Scott Rouse


Mütləq bilməli olduğunuz çox vacib bir məqam da var: Siz bədən dili haqqında kitabları və ya məqalələri oxuyaraq bədən dilini tam mənimsəməmiş ola bilərsiniz. Çünki bədən dilində yalnız bir hərəkət, jest və ya mimika analiz olunmur. Bütün bədən hərəkətləri birlikdə – qarşılıqlı analiz olunmalıdır. Yəni siz eyni anda həm qarşınızdakı insanın bütün hərəkətlərinə fikir verməli, həm bu hərəkətlərin mənalarını araşdırmalı, həm də bu mənaları qarşılıqlı şəkildə təhlil etməlisiniz. Elə ona görə də bədən dilini anlamaq bədən dili təlimləri (beden dili telimi, beden dili seminarlari) keçən və bu sahədə ixtisaslaşmış müxtəsəsislər üçün daha asan başa gəlir. Nəzərə almalısınız ki, hər bir insanın da digər insanlarla oxşar olan ümumi cəhətlərindən əlavə özünəməxsus hərəkətləri və jest-mimika dili vardır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button