Azərbaycanda gəzməli yerlər

Azərbaycanın gəzməli yerləri

Azərbaycan – Vətənimiz istər coğrafi şəraiti, istərsə də tarixi abidələri ilə keçmiş dövrlərdən bu günə qədər daim diqqət mərkəzində olmuş torpaqlardan biridir. Azərbaycanın gəzməli-görməli yerləri başlığı altında siyahı tərtib etsək, yüzlərlə maraqlı yer adlarını kəşf edərik. Bu bloq məhz Vətənimizin görməli yerləri haqqındadır.

Bakida gezmeli yerler, Bakinin gezmeli yerleri

Azərbaycanın maraqlı və gəzməli yerlərini kəşf etməyə ilk olaraq Bakıdan – paytaxt şəhərdən başlayaq.

Baku Flame towers and old city 1
Bakida gezmeli yerler

Baki – gezmeli yerler:

  1. Qız Qalası – XII əsrə aid edilən bu memarlıq abidəsi Bakıya səfər edən turistlərin daima diqqət mərkəzində olmuş görməli yerlərdən biridir. Keçmişdə müdafiə məqsədli tikilmiş bir abidə olan Qız Qalası indi həm yerli sakinlərin, həm də əcnəbilərin ziyarəti üçün açıqdır. Onlar adətən, bir muzey kimi qalanın içərisini ziyarət edir, onun ən yüksək mərtəbəsinə qalxır və gözəl şəhərimizin fərqli mənzərəsini izləmiş olurlar.
  2. Flame Towers – Bu məkan Bakının müasir görünüşə rəng qatan yerlərdən biri kimi son dövrlərdə məşhurlaşdı. Artıq demək olar ki, paytaxt şəhəri bu məşhur 3 qüllə (Alov Qüllələri) ilə tanıyırlar. Burada müxtəlif ofislər, restoranlar və cinema mərkəzi, otel və s. fəaliyyət göstərir.
  3. Dənizkənarı Bulvar – Xəzərin sahilində yerləşən möhtəşəm park. Yaşıllıq ərazi, velosiped sürmək üçün ayrılmış yerlər, uşaqlar və gənclər üçün əyləncəli oyuncaqlar (karusel və s.), Dəniz Mall və Park Bulvar ticarət mərkəzləri, kafelər və Kiçik Venesiya şəhərciyi Bulvarda yerləşir.
  4. Şirvanşahlar Sarayı (Şirvanşahlar Saray Kompleksi) – Azərbaycan torpaqları ərazisində yaranan keçmiş dövlətlərdən biri – Şirvanşahlar dövlətinin hökmdarlarının iqamətgahı olmuş bu saray İçərişəhərdə yerləşir.
  5. Heydər Əliyev Mərkəzi – mərkəz Bakının ən möhtəşəm tikililərindəndir. Muzey kimi fəaliyyət göstərən mərkəzdə həm də müxtəlif konsert, konfrans və s. tədbirlər həyata keçirilir. Mərkəzin ətrafındakı park isə həm gəzinti üçün əlverişlidir, həm də burada müxtəlif konsertlər, idman tədbirləri, master-klas və s. təşkil olunmaqdadır.


Bakının ən məşhur yerlərini sadaladıq. Bundan əlavə Ağ Şəhər Bulvarı, Gənclik parkı, Böyükşor Bulvarı, Xalça Muzeyi, Bakı Funikulyoru, Nizami Gəncəvi parkı, Miniatür Kitab Muzeyi, Filarmoniya Bağı, Heydər Əliyev Məscidi, Molokan Bağı, Hərbi Qənimətlər parkı, Ədəbiyyat Muzeyi və s. kimi yerlər, demək olar ki, hər yaşdan insanın marağını cəlb edir. Bakinin gormeli yerler siyahisini xeyli uzatmaq olar.

Azerbaycanda gezilecek yerler, Azerbaycanın en gezmeli yerleri

İndi isə Azərbaycanın ən gözəl yerləri seçilən rayonları haqqında danışaq.

azerbaycan in tarihi sehri seki ziyaretcilerini buyuluyor 8072
Şəki, Sheki
tu
Qebele, Qəbələ, Tufandağ
Quba 1
Quba
bdac7d82 158c 4167 a5d9 c1d488afe9e8
Lenkeran – Cenub bolgesi
721eae8d70f228c086c328ef82c747db
Şuşa
  1. Şəki – Şəkinin gəzməli yerləri haqqında … bloqumuzu oxuya bilərsiniz.
  2. Qəbələ – Qəbələdə Yeddi Gözəl Şəlaləsi, Vəndam kəndi, Qəbələnd Əyləncə Mərkəzi, Tufandağ, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi xüsusilə məşhurlaşmış görməli yerlərdəndir.
  3. Quba – Quba Xan Sarayı, Qəçrəş meşəsi, Quba Soyqırımı Memorial Kompleksi, Xınalıq Tarix-Etnoqrafiya Muzeyi, XarıBülbül yüksəkliyi, Qrız körpüsü və s. Qubanın özünəməxsus coğrafi gözəlliyi və aurası var. Quba Azərbaycanın ən yaşıl bölgələrindən biridir.
  4. Azərbaycanın Cənub rayonları. Lənkəranın ən qədim tikililərindən biri Mənzil Qalasıdır. Lənkəran Mayakı bu şəhərdə diqqət cəlb edən binalardan biridir. Talış dağlarının mənzərəsini isə görmək sizi heyran edəcək.
    Lerik yaşıl təbiəti ilə seçilir. Bu torpaqda çox gözəl təbiətə malik meşələr var.
    Hirkan Milli Parkı Astarada yerləşir. Masallıya əsasən İsti Su Sanatoriyasında müalicə məqsədilə səfər edirlər. Burada müalicə olunarkən də təbiətin gözəlliyini seyr etmək imkanınız var.
  5. Gəncə – Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Xan Bağı, Cavadxan küçəsi, Bayraq meydanı, Göygöl və Maralgöl Gəncəyə səfər edənlərin mütləq getməli olduğu yerlərdəndir.
  6. Qarabağ torpaqları. Cıdır düzü, Murovdağ silsiləsi, İstisu, Çətir Şəlaləsi, Vətənin sehrli və əsrarəngiz torpağı Şuşa və burada yerləşən tarixin sirlərinə şahid olan bir-birindən gözəl abidələr və digər bölgələr – bu torpaqların hamısı tarixin ən çətin dövrlərinin şahidi olmaqla yanaşı, həm də xalqımızın həsrətində yaşayan torpaqlar olmuşdur. Şükür ki, artıq bu torpaqlar azaddır və Ali Baş Komandanın tapşırığı ilə ən qədim torpaqlarımızda yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilir. Beləliklə, Qarabağın görməli və gəzməli yerlər siyahısına yaxın gələcəkdə çox möhtəşəm məkanlar əlavə ediləcək.

Naxçıvan Muxtar Respublikası tarixi və təbiəti əsrlər ötəsindən tanınan və sevilən bir diyardır.

59433 6203d6d994d19
Naxçıvan, Nakhchivan Azerbaijan

Naxçıvanın görməli yerləri:

Batabat gölü – bura dünyanın yeganə üzən adası hesab olunur.

Əshabi Kəhf – ziyarətgah kimi fəaliyyət göstərir, həmçinin gözəl dağlıq mənzərəsi olan bir mağaradır.

Duzdağ – Kəngərli rayonu ərazisində yerləşir. Əhali, əsasən, müalicə məqsədilə Duzdağa gedir. Turistlər də buranı ziyarət edə bilirlər.

İlandağ – Culfa rayonunda yerləşir və bu dağ haqqında bir-birindən maraqlı əfsanələr var.

Əlincə Qalası – Əlincə dağının zirvəsində yerləşən bu qalanın tarixi VII-IX əsrlərə aid edilir.


Naxçıvanda yerləşən ən gözəl memarlıq abidələri içərisində Möminə Xatun türbəsi, Hüseyn Cavid məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Nuh Peyğəmbərin Qəbri, Xan sarayı xüsusi yer tutur.
Ümumiyyətlə, ölkəmizin hər bir bölgəsində, demək olar ki, hər rayon və şəhərində gözoxşayan mənzərələr və abidələr var. Onların hər birini görmək və Vətənin ruhunu yaxından tanımaq insana ayrıca zövq verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button