Kredit verən banklar

Kredit nədir?

Əvvəlcə, kreditin nə olduğuna qısaca izah verək. Kredit latınca “creditum” sözündən götürülüb, müəyyən müddətə bağlanmış müqavilə əsasında xüsusi şərtlərlə (faiz və s.) ödənilməsi nəzərdə tutulan (yəni geri qaytarılması) müəyyən məbləğdə verilən borc olaraq verilən pul vəsaitidir.

Kredit dedikdə ağıla ilk gələn banklar və onların fəaliyyətidir.

Bank krediti

Bank kreditidedikdə nə başa düşülür? Bu, kommersiya bankları və başqa kredit təşkilatları tərəfindən verilən kreditlərdir. Bu kredit növü, əsasən, fiziki və hüquqi şəxslərə, həmçinin dövlətə və xarici müştərilərə verilir. Online borc almaq üçün isə bəzi saytlar var ki, oradan ala bilərsiniz ətraflı.

Bank kreditinin bir sıra səciyyəvi xüsusiyyətləri var:

  • Faiz dərəcəsi yüksəkdir.
  • Obyekt-pul kapitalıdır.
  • Məhdudiyyətsizdir.
  • Bu, həm əmtəə tədavülünə, həm də kapital yığımına xidmət edir.

Bu da maraqlıdır ki, banklar yalnız müştərilərinə kredit vermir. Bununla yanaşı banklararası kredit anlayışı da mövcuddur. Banklararası kredit – hər hansı bir bankda resurs çatışmazlığı yaranarsa, digər bankın bu banka (resurs məhdudiyyəti yaşayan banka) kredit verməsinə deyilir.

Azərbaycandakı banklar

Ölkəmizdə, təbii olaraq, kredit ödənilməsini icra edən çoxlu sayda dövlət bankları, həmçinin özəl sektora aid banklar mövcuddur. Onlar da müxtəlif faiz dərəcəsi və şərtlərlə vətəndaşlara, eyni zamanda hüquqi şəxslərə və digər qrupa aid olan müştərilərə kredit ödənişini həyata keçirir. İndi bu bankların fəaliyyətindəki fərqlər və kredit şərtləri barədə danışacağıq. Əlbəttə, ən aşağı faizlə kredit verən banklar bir çox müştəri üçün hər daim müzakirə mövzusu olaraq qalır.

Kredit verən banklar hansılardır?

Ölkəmizdə fəaliyyət göstərən bankların bəziləri qismən oxşar kredit təklifləri təqdim etsələr də, bəziləri fərqli kredit növləri, eyni zamanda şərtləri ilə xeyli fərqlənir. Ölkənin bir neçə tanınmış bankları arasında müqayisə aparsaq, aşağıdakı nəticəni əldə etmiş olacağıq:

BanklarNağd pul kreditiİpotekaAvtomobil kreditiMikro biznes krediti və digər kreditlərDaha fərqli kredit təklifləri
Rabitə Bank++   
ABB+++  
ATB+    
Kapital Bank++++ 
Xalq Bank++  +
Unibank++ + 

Buradan da göründüyü kimi, Xalq Bank daha fərqli kredit növləri ilə müştəriləri cəlb edir. Belə ki, Xalq Bank Təhsil krediti, evlərini təmir etdirmək üçün müraciət edənlərə Təmir krediti, hətta əmək haqqını Xalq Bank vasitəsilə alan şəxslər üçün xüsusi Məvacib krediti təklifləri ilə önə çıxır. Yuxarıdakı bankların hər biri ipoteka krediti üçün müraciət edə biləcəyiniz banklardandır. Bəzi banklarda kredit müraciəti üçün yaş limiti olsa da (20-65 və s.) bəzilərində bu şərt mövcud deyil.

Təbii ki, əhali arasında xüsusi yaşda olan həssas qrupları nəzərə alsaq, pensiya alan şəxsləri də xatırlamaq lazım gəlir. Pensiya alan şəxslər üçün kredit mövzusunda xeyli bank öz fəaliyyətini bu istiqamətdə önə çıxardır. Məsələn, Muğan Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı və s. – belə banklar pensiya karti ile kredit veren banklardır. Pensiyaçılar pensiya kartını, şəxsiyyət vəsiqəsini və əgər zəruri hesab olunursa digər sənədləri təqdim etməklə bu kredit növünü rahatlıqla əldə edə bilərlər.
Təbii ki, Kapital Bank və Bank Respublikanın tələbələr üçün kredit elanları da gözümüzdən qaçmayıb. Gənc yaşlı əhali arasında daha çox müraciət olunan digər kredit növü isə avtomobil krediti hesab olunur.

Kredit nə üçün gərəklidir?

Kredit verilməsi üçün ağır şərtlər tələb olunmadıqda və xüsusi olaraq zaminsiz kredit vermə kampaniyaları artdıqca insanların zəruri hallarda və ya müəyyən məqsədlərinə çatması üçün kredit verən banklara müraciət etməsi normal bir hal kimi ortaya çıxır. En serfeli kredit veren banklar, zaminsiz kredit veren banklar, asagi faizle kredit verən banklar müştərilər üçün arzuolunan banklar siyahısındadır. Müştərilər faiz dərəcəsinə, kredit verilməsi üçün əməl olunmalı olan vacib şərtlərə, bəzi hallarda yaş məhdudiyyətinə və s. amillərə diqqət edərək kredit üçün müraciət etsələr, bu daha müsbət nəticə vermiş olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button