TQDK balı ilə Türkiyədə təhsil  almaq olarmı?

Bildiyiniz kimi, ölkəmizdə universitetlərə qəbullar Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) təşkil etdiyi qəbul imtahanları vasitəsi ilə həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq hazırda I, II, III və IV qruplarla yanaşı qabiliyyət tələb edən ixtisasların yer aldığı V qrup üzrə də tələbələr ali təhsil ocaqlarına qəbul olmaq üçün müvafiq müsabiqədə iştirak edə bilirlər. Gənclər üçün yaradılan möhtəşəm imkanlardan növbətisi isə qəbul imtahanlarında topladığı bal ilə Türkiyədə təhsil almaq şansıdır. Bəs gənclər arasında daha çox TQDK ilə Türkiyədə təhsil olaraq məşhurlaşan bu anlayış özündə nəyi ehtiva edir?, Qəbul şərtləri, formaları necədir?, Qəbullar bütün ixtisaslar üzrə aparılırmı?…

Qəbul imtahanlarından toplanılan bal ilə Türkiyədə necə bakalavr təhsili almaq olar?

Bəzən tələbələr müxtəlif səbəblərdən dolayı qəbul imtahanlarında onu qane edəcək bal toplaya bilmir. Həddindən çox stres, həyəcan bəzən xəstələndiyimiz üçün və s. bu baş verə bilər. Nəticədə bəzən arzuladığımız ixtisaslara, universitetlərə balımız çatmır. Bir çox hallarda abituriyentlər bu zaman balları çatan universitet və ya ixtisasları qeyd edirlər. Bu isə qurduğumuz planları, hədəfləri alt-üstə, bizi istəmədiyimiz sahələrdə karyera qurmağa vadar edə bilər. Nəticə isə bəllidir. Ürəyimiz, xəyallarımız olmayan yerlərdə əslində bizim özümüz, heç uğurlarımız belə tam formada olmaz. Buna görə də müxtəlif motivatorlar, ekspertlər, uğurlu insanlar hər kəsə öz xəyallarının ardınca getməyi şiddətlə tövsiyyə edir. Biz də öz növbəmizdə bu mövzu üzrə sizin üçün faydalı ola biləcək bəzi məqamlara aydınlıq gətirəcəyik. Beləliklə, əgər siz də yeni təhsil həyatının astanasındasınızsa mütləq şəkildə daha diqqətli düşünərək qərar verin. Topladığınız istənilən bala uyğun Türkiyə universitetlərində tələbə adını qazana bilərsiniz. Hətta arzu etdiyiniz bir çox ixtisaslarda təhsil almağınıza şərait yaradılır. Ümumiyyətlə qəbul imtahanı vermədən də tək attestat sənədiylə də Türkiyə universitetlərinə müraciət etmək mümkündür. Ancaq ölkəmizdə təhsil almaq istədiyiniz hər hansısa xüsusi universitet varsa yenə də qəbul imtahanında iştirak edərək nəticəniz sizi qane etməzsə bunu Türkiyədəki təhsilə doğru dəyişə bilərsiniz. İstənilən halda unutmayın ki, hər maneənin arxasında öz şansını axtarıb tapmağı bacaranlar həmişə ən uğurlu insanlardır. Keçək əsas məsələyə. Qəbul imtahanı balınızla Türkiyənin dövlət və özəl olmaqla bir çox universitetlərinə qəbul ola bilərsiniz. Ancaq bununla yanaşı sizdən YÖS, SAT I, SAT II, TOEFL, İELTS və s. kimi imtahan nəticələri də tələb oluna bilər. Hansı ki, adı çəkilən imtahanlar qardaş ölkənin universitetlərində təhsil almaq istəyən bütün beynəlxalq tələbələr üçün keçərlidir. İmtahanlar haqqında ətraflı məlumatla aşağıdan tanış ola bilərsiniz. Ancaq yenə də xatırlatmaq istərdik ki, əgər Türkiyədə bakalavr təhsili almaq istəyiniz varsa bunun üçün qəbul imtahanlarıyla özünüzü yormaq əvəzinə qardaş ölkənin universitetlərinin qəbul imtahanlarına hazırlaşmağınız daha faydalı olar. Bu enerjinizə, vaxtınıza qənaət edərək daha az fənndən imtahan verərək həm tələbə adını qazanmağınızı həm də xarici dil biliyinizi atrırmağınızı təmin edəcək.

Türkiyə universitetləri üçün tələb olunan imtahanlar

  • YÖS

Yabancı Öğretim Sınavı yəni YÖS Türkiyə universitetlərinin yalnız bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb həyata keçirilir. İmtahanın nəticəsindən asılı olaraq tibb, mühəndislik, memarlıq, hüquq, əczaçılıq, psixologiya və müəllimlik kimi bir çox ixtisaslarda təhsil almaq mümkündür. YÖS imtahanı adətən 80 sualdan ibarət olur. İmtahanın iştirakçılardan tələbi dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablandırmaqdır. Bəzi universitetlər YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.

  • İELTS

İnternational English Language Testing System yəni İELTS əksər dünya ölkələrində olduğu kimi Türkiyədə də namizədlərin ingilis dili biliklərini yoxlayan beynəlxalq imtahan növüdür. Əksər nüfuzlu ali təhsil ocaqlarına qəbul olmaq üçün bu imtahanın sertifikatı tələb olunan əsas şərtlərdəndir. Türkiyədə ingilis dilində təhsil almaq istəyən tələbələrin də bu imtahan sertifikatına sahib olması vacibdir. İmtahan zamanı namizədlərin, oxumaq, danışmaq, yazmaq və anlamaq bacarıqları yoxlanılır. İmtahan nəticəsi iki il ərzində keçərli olur. Qeyd edək ki, topladığınız bal Avropanın, Amerikanın, Türkiyənin nüfuzlu universitetlərində təhsil almağınızı təmin etməklə yanaşı bir sıra beynəlxalq layihələrdə, proqramlarda, könüllü tədbirlərdə, karyera fürsətlərində və s. yerlərdə iştirakınıza şərait yaradacaq.

  • TOEFL

Test of English as a Foreign Language yəni TOEFL imtahanında da İELTS də olduğu kimi namizədlərin ingilis dili biliyi yoxlanılır. Lakin imtahanın strukturu bir qədər fərqlidir. Bu imtahanda ingilis dilində oxumaq, qulaq asmaq, danışmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları aralığında olur.

  • SAT 

Scholastic Aptitude Test yəni SAT imtahanı nüfuzlu Türkiyə universitetlərinə qəbul olmaq üçün keçərli hesab olunan imtahanlardan biridir. Xüsusilə tibb üzrə təhsil almaq istəyənlər üçün önəmlidir. İlkin mərhələdə “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarət test suallarını cavablamağınız tələb olunur. Türkiyə universitetlərinə qəbul zamanı ilk iki bölmənin suallarını cavablamaq kifayətdir. Daha sonra İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin kimi fənnlərdən birini seçib sualları cavablayaraq imtahan prosesini yekunlaşdırırsınız. Fənn seçimi isə müraciət edəcəyiniz universitetin tələblərinə uyğun olaraq müəyyənləşdirilir. SAT imtahanı ildə 7 dəfə təqribən hər iki aydan bir keçirilir. İmtahana qeydiyyat üçün (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz.

Yuxarıda qeyd olunan imtahanlar əksərən tələb olunanlardır. O səbəbdən də, onlar haqqında məlumatları diqqətinizə çatdırdıq. Lakin siz müraciət etmək istədiyiniz ixtisas və ya universitetə uyğun tələb olunan şərtləri, imtahanları mütləq şəkildə araşdırandan sonra bu istiqmətdə addımlar atın.

Türkiyədə bakalavr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı;
  • 3×4 fotoşəkil;
  • Xarici pasport, (yoxdursa şəxsiyyət vəsiqəsi);
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Türkiyədə hansı nüfuzlu universitetlərdə təhsil almaq məsləhətlidir?

Günümüzdə bir çox dünya ölkələrində olduğu kimi Türkiyədə də fəaliyyət göstərən universitetlər beynəlxalq və müasir standartlara cavab vermək üçün sürətlə inkişaf edir. Bu baxımdan ali təhsil ocaqları arasında seçim etmək çətinləşsə də, diqqət yetirməli olduğunuz bəzi məqamlar var.

  • Sizin gələcək hədəfləriniz nələrdir?
  • Hansı ixtisasda təhsil almaq istəyirsiniz?
  • Təhsiliniz hansı dildə olacaqdır? (türk, ingilis, alman, fransız və s. ola bilər)
  • Təqaüd qazanmaq şansınızı yoxlamaq istəyərdinizmi?
  • Beynəlxalq təqaüd yaxud tələbə mübadiləsini dəstəkləyən universitetləri araşdırmısınızmı?
  • Ümumiyyətlə Türkiyənin hansı şəhəri sizə uyğundur?
  • Hansı büdcədə olan təhsil haqqını qarşılaya bilirsiniz?
  • Təcrübə keçmək istədiyiniz hər hansısa xüsusi qurumlar, şirkətlər varmı?
  • Hansı iqlimdə yaşamaq sizə mənfi təsir göstərməz? (bəzən isti və ya soyuğa alergiyası olan insanlar var) və s. kimi suallara cavab taparaq seçimlərinizi daha da dəqiqləşdirə bilərsiniz. 

Yaxud beynəlxalq reytinq agentliklərinin (QS World University Rankings və s.) cari siyahısını nəzərdən keçiməkdə də fayda var. Ümumilikdə son dövrlərin məlumatlarına əsasən Türkiyənin təhsil, universitet şəhərcikləri, tələbələrinin uğurlu karyera qura bilməsi və s. cəhətdən ən nüfuzlu hesab olunan universitetləri aşağıdakılardır.

  • Hacettepe Universiteti
  • İstanbul Universiteti
  • Ankara Universiteti
  • Orta Doğu Texniki Universiteti
  • Ege Universiteti
  • Qazi Universiteti
  • Dokuz Eylül Universiteti
  • Koç Universiteti
  • Marmara Universiteti
  • Atatürk Universiteti
  • İstanbul Universiteti – Cerrahpaşa
  • Yıldız Texniki Universiteti
  • İhsan Doğramacı Bilkent Universiteti
  • Fırat Universiteti
  • Erciyes Universiteti
  • Səlcuq Universiteti
  • Qaradəniz Texniki Universiteti
  • Boğaziçi Universiteti
  • Çukurova Universiteti

TQDK balı ilə Türkiyə universitetlərinə qəbul olduqda təhsil haqqları nə qədər olur?

Ümumilikdə universitetlərə, ixtisaslara görə təhsil haqqları dəyişir. Minimum halda məbləğ 300 manatdan başlayaraq artır. Məsələn, tibb üzrə olan ixtisaslar nisbətən bahalı olur. Ümumilikdə Türkiyə universitetləri ən münasib təhsil haqqı təklif edən ali təhsil ocaqlarıdır. Eyni zamanda yaşayış xərcləri də sərfəlidir. Təhsil haqqları barədə daha ətraflı məlumat almaq üçün xaricdə təhsil ekspertlərinə müraciət edə yaxud universitetlərin rəsmi saytlarındakı siyahıya nəzər sala bilərsiniz. 

Son olaraq qeyd edək ki, uzun illərin təcrübəsinə əsasən deyə bilərik ki, Türkiyədə təhsil almaq karyeranızda və şəxsi həyatınızda böyük təcrübələr, dəyərlər qazanmağınızı təmin edəcək. 

TQDK balı ilə hansı ixtisaslara qəbul olmaq olar?

Türkiyə universitetlərində geniş ixtisas seçimi təqdim olunur. İstəyinizə uyğun seçim edə bilərsiniz.

Türkiyədə bakalavr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı;
  • 3×4 fotoşəkil;
  • Xarici pasport, (yoxdursa şəxsiyyət vəsiqəsi);
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

TQDK balı ilə Türkiyə universitetlərinə qəbul olduqda təhsil haqqları nə qədər olur?

Ümumilikdə universitetlərə, ixtisaslara görə təhsil haqqları dəyişir. Minimum halda məbləğ 300 manatdan başlayaraq artır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button