Saytınız olmazsa olmazı 5 pulsuz analiz aləti

Saytınızın olmazsa olmazı deyirəmsə, bu həqiqətən doğru ifadədir  😊 Aşağıda qeyd etdiyim analiz alətləri olmazsa, biznesiniz üçün lazımlı olan məlumatları analiz edə bilməzsiniz. Bu isə daha yaxşı reklam nəticələri və marketinq planları qura bilməyəcəyiniz mənasına gəlir. Bəlkə də çoxunuz bunları artıq istifadə də edirsiniz, amma daha ətraflı oxumaqda fayda var. Bu alətlərin hər biri çox mürəkkəb funksiyalara malikdir və istədiyinizdən artığı ilə sizi təmin edir.

Sayt üçün lazımlı analiz alətləri

1) Google Tag Manager

Google Tag Manager hər kəsə tanış olmasada, ən vacib və lazımlı alətlərdən bəlkə də birincisidir. Bununla siz digər bütün alətləri öz saytınıza proqramçıya ehtiyac olmadan özünüz inteqrasiya edə bilərsiniz. Bu əsas özəlliyindən başqa saytınız üçün lazım olan bütün analizləri rahatlıqla tag və triggerlər vasitəsi ilə qoşa bilmək, məlumatları isə Google Analytics ilə ölçə bilək imkanını sizə qazandırır. 

Google tag manager

2) Google Analytics

Bu haqda çox danışmağa da ehtiyac yoxdur yəqin ki, saytınız üçün lazım olan bütün giriş məlumatlarını bu alətlə analiz edə bilərsiniz. İstifadə etməyi normal səviyyədə öyrənməyiniz, sizə saytınız haqqında bütün məlumatlara sahib olmağa kifayət edəcəkdir.  Daha ətraflı özəllikləri üçün buradan oxuya bilərsiniz. 

google analytics

3) Google Search Console 

SEO – yəqinki son zamanların ən trend mövzusu olan bu termini eşitmisiniz.  Google Search Console sizə SEO üçün lazım olan bütün məlumatlar ilə təmin edir. Bu alət saytınıza inteqrasiya edilibsə, siz saytınıza axtarışla insanların hansı sözlərdən daxil olduğunu, hansı açar sözdə neçə dəfə, hansı pozisiyada göründüyünüzü görə bilərsiniz. Bundan başqa saytınızda olan texniki problemlər və digər vacib məsələlər də bu alət vasitəsi ilə analiz edilir. 

Google seach console

 

 

4) Facebook Pixel 

Facebook Pixel reklamlarınızın daha effektiv olmasını və nəticələrin analizini daha peşəkar səviyyədə həyata  keçirməyiniz üçündür. Sadəcə bir script parçasını əlavə etməklə, saytınıza daxil olan adamlara, məhsula baxıb alış etməyənlərə  onlayn alış edənlərə, hətta bu kütləyə oxşar insanlara belə effektiv reklam ( remarketinq və s) strategiyaları ilə təsir etməyiniz üçün çox lazımlı alətdir. 

facebook pixel

5) Yandex Metrica

Saytınıza daxil olan adamları izləyib, nə etdiklərini görmək çox lazımlı bir şeydir elə deyilmi? Bu alət topladığı məlumatlarla sizə bu özəlliyi qazandırır. Tamamilə pulsuzdur. Bundan başqa saytınızda ən çox kliklənən, ən çox gəzilən yerlərin analizinidə rahatlıqla aparmağınız mümkündür. Saytınızda müştərinin qarşılaşdığı problemləri, UX/UI həllərini bu alətlə rahatlıqla həllini tapa bilərsiniz. 

Yandex metrica

Bu alətlər qismən də olsa saytınızın yüklənmə və açılma sürətlərinə də təsir etməkdədir. Amma qazandırdıqları məlumatlar əlbəttə əvəzedilməzdir. Bunun üçün sizə ən vacib olanı inteqrasiya edərək daha lazımlı analizlər edə bilərsiniz. 

Bundan başqa istifadə etdiyim ödənişli və maraqlı analiz alətləri ilə tanış olmaq istəyirsinizsə, bloq yazmağım üçün aşağıda rəy bildirsəniz sevinərəm 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button