Motivasiya məktubu

Motivasiya məktubu xaricdə təhsil almaq istəyən tələbələri maraqlandıran mövzudur. Xaricdə təhsil almaq istəyən tələbələrdən müraciət etdiyi universitet və ya təqaüd proqramından asılı olmayaraq tələb olunan sənədlər arasında motivasiya məktubu da tələb edirlər. Motivasiya məktubu tələbələrin müraciətinin əsas hissəsi hesab olunur.

Motivasiya məktubu nədir?

Motivasiya məktubu bir fürsətdir. Necə bir fürsət? Hər hansı akademik bir proqrama müraciət edərkən, tələbəyə özünü ifadə etmək və nəyə görə qəbul komissiyası tərəfindən seçilməli olduğunu göstərmək üçün verilən bir fürsətdir.

Motivasiya məktubunda tələnə özü haqqında məlumat verməli, istedadları və nəyə görə universitetə qəbul olmalı olduğu barədə yazmalıdır.

Motivasiya məktubu seçim prosesindəki son qərara ən çox təsir edən sənədlərdən biridir. Buna görə də məktub nə qədər effektiv olsa seçilmə şansınızda o qədər çox olacaqdır.

Məktub düzgün, səlis, hər bir təhsil müəsisəsi üçün xüsusi olaraq, onların irəli sürdüyü tələbələrə uyğun olaraq yazılmalıdır.

İstəkdən asılı olaraq məktuba bacarıqlarınız, akademik və iş təcrübəniz, maraq dairəniz,xüsusi qabiliyyətləriniz haqqında da əlavə məlumatlar qeyd edə bilərsiniz. Özünüz haqqında məlumatları yazarkən çəkinməyin, ətraflı məlumat verin. Motivasiya məktubu sizi tanımayan hər hansı bir şəxsin sizinlə ilk tanışlığıdır.

Motivasiya məktubu necə yazılmalıdır?

Klassik motivasiya məktubu 3 hissədən ibarətdir.

  • 1.Giriş
  • 2. Əsas hissə
  • 3. Sonluq

Xüsusilə də giriş və sonluğun yazılmasına diqqət eləmək lazımdır. Bu hissələr qəbul komissiyasının yaddaşında qalacaq və sizin haqqınızda düzgün ilk təəssürat yaradacaq.

Motivasiya məktubunu yazmazdan öncə etməli olduğunuz ilk iş isə müraciət etdiyiniz universitetin “ideal namizəd” tələblərini araşdırıb, tələblərin hansılarını qarşıladığınızı müəyyən etməkdir. Məktubun formatı bir neçə fərqli struktura əsaslana bilər. Ən geniş yayılmş motivasiya məktubu strukturu belədir:

1.Greeting

Məktuba “Dear Sir / Madam” kimi başlaya bilərsiniz. Universitet müraciəti zamanı məktubunuza  “Dear Admission Committee”,  “Dear Admissions Counselor”, “Dear Admissions Director”  kimi ifadələrlə başlamanız daha düzgün sayıla bilər.

2.İntroduction

Bu hissədə nəzərdə tutduğunuz universiteti və ya ümumilikdə ölkəni seçmə səbəbiniz haqqında yaza bilərsiniz. Məktubun bu bölümündə bakalavr təhsilinizlə, magistr üçün seçdiyiniz tədris sahəsinin bir biri ilə əlaqələndirilməsini qeyd edə bilərsiniz.

3. Body part-1

Məktubun bu hissəsində şəxsi keyfiyyətləriniz, akademik göstəriciləriniz və sosial fəaliyyətlərin adını qeyd edirsiniz. Nəyə görə məhz sizin seçilməli olduğunuz, digər namizədlərdən fərqləndirilən əsas xüsusiyyətləriniz qeyd oluna bilər.

4. Body part-2

Bu hissədə daha detallı olmalısınız. Akademik karyeranızdan, iş təcrübənizdən, sosial fəaliyyətlərinizdən geniş yazaraq, özünüzü digər namizədlərdən fərqləndirməlisiniz. Məktubun bu hissəsində mümkün qədər diqqət çəkməlisiniz. Bu hissənin sonunda məktubunuzu oxuyan şəxs üçün kifayət qədər xüsusi və maraqlı olmalısınız ki, növbəti mərhələyə keçmək şansınız olsun.

5. Closing

Özünüz haqqınızda yazdığınız bütün detalları ümumiləşdirdiyiniz son hissədir. Motivasiya məktubunun son hissəsi sayılan bu bölmədə müraciətin sizin üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edə bilərsiniz.

Məktubu tamamladıqdan sonra isə ad, soyad, tarix və imza əlavə edərək məktubu sonlandırırsınız.

Diqqət etməli olduğunuz bir məqamda odur ki, müraciət etdiyiniz hər universitetin,ölkənin fərqli tələbləri və hər birinin daha çoz diqqət yetirdikləri fərqli məqamlar olur.

Motivasiya məktubu yazarkən nələrə diqqət eləmək lazımdır :

1.Məktubu özünüz yazın

İnternetdə olan standart məktublardan istifadə eləməyiniz məsləhət deyil. Müraciət etdiyiniz universitetin qəbul komitəsi bu cür məktubları dəfələrlə oxuyub, kənara qoyublar. Ödənişli məktub yazanlarada çox müraciət eleməyin. Məktubu özünüz yazın və sonra isə təcrübəli şəxslərdən məsləhət alın.

2. Motivasiyalı olun

Müraciət edəcəyiniz universitet və ya ixtisas üçün motivasiyalı deyilsinizsə,uğur əldə edə bilməyəksiniz. Motivasiya məktubu həmin universitet və ya ixtisas üçün nə qədər istəkli olduğunuzun real göstərcisidir. Sizə lazım olan şey motivasiyanızı kağızda ifadə etməyinizdir.

3. Esse və məktub formatının tələblərinə əməl edin :

Məktubuzun hansı formatda yazdığınızdan asılı olmayaraq 1.5 səhifə həddini keçməməsinə diqqət edin. İri həcmli məktublar qəbul komissiyaları tərəfindən alqışla qarşılanmır.

4. Səliqəli olun və yazdığınız dildən düzgün istifadə edin.

Məktubda sizin İngilis dili və ya hər hansı dil səviyyəniz ölçülmür. Burada düzgün imla qaydaları əsas şərtdir,qrammatik və imla şərtləri olmamalıdır. Yüksək səviyyədə qarmaqarışıq ingilis dilində mərn sizin seçilməyinizə ancaq əngəl törədə bilər.

5. Məktubu yazmazdan öncə araşdırma aparın

6. İxtisası və ya universiteti tərifləməyin.

7. Məktubda özünüzü məzlum təqdim etməyin.

7. Peer-review.

Məktubu bitirdikdən sonra mütləq yoldaşlarınıza, təcrübəli insanlara göstərib onların fikirlərini alın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button