Kontent menecer kimdir və hansı işləri görür?
Kontent menecer ( məzmun meneceri) hal-hazırda dünyada və Azərbaycanda marketinq aləmində ən çox işlənən sözdür demək olar. Son vaxtlar kontnet menecer sözünü eşidirik. Xüsusilə də iş elanlarına baxarkən. Demək olar hamı kontnet menecer axtarır.
Kontnet menecer kimdir və nə iş görər?
Veb saytlar və sosial media kanalları üçün hazırlanmış yazılı və vizual məzmunu yoxlayan şəxsə kontnet menecer deyilir. Kontnet meneceri; məzmunun təhlilinə və paylaşılmasına nəzarət edir. Məzmun müəllifi və redaktorunun yaratdığı yazıları yoxlayır və uyğunluğunu yoxlayır.
Hər veb sayt və tətbiq kontnete malikdir. Oxuduğunuz məqalə devdoping. az saytının kontnetidir.
Kontnet menecerin vəzifələri nələrdir?
Kontent menecer müstəqil və yaxud bir şirkətə bağlı olaraq işləyə bilər. İşlədikləri şirkətə görə işləri fərqli ola bilər.
- Məzmunun məqsədə, hədəfə uyğun hazırlanmasından, yenilənməsindən və silinməsindən məsuliyyətlidirlər.
- Kontent menecer; məzmunun təhlili, filtirlənməsi və e-məzmun üzrə mütəxəssisdir.
- Sosial media analizi edir.
- Sahədəki yenilikləri izləyir
- Məzmunların hüquqi problem yaradıb yaratmadığını yoxlayar
Kontent meneceri yəni redaktor olmaq üçün vizual və yazılı mühitdə təcrübəli olmalı, yüksək qrammatik bacarıqlara sahib olmalı, düşünə bilən və sürətli qərar verə bilən quruluşa sahib olmalıdır.
Korporativ internet saytlarında, şəxsi blog, və xəbər portalı kimi mühitlərdə kontnet ən önəmli qaynaqdır və bu kontneti idarə etmək çox önəmlidir.
Gündəlik həyatda yaşanan inkişafları çox tez izləyə biləcəyiniz sosial mediada məzmunun müasir olması çox vacibdir. Buna görə də kontnet menecer gündəmi izləməlidir və inkişaflara cavab olaraq sürətli qərarlar qəbul edilməlidir.
Sosial mediada necə müştəri tapmaq olar?
Azərbaycanda sosial mediadan təxminən 3 milyon insan istifadə edir. Bu qədər insan içərisindən öz müştərinizi necə seçmək olar? İlk öncə Alıcı personalı yaratmaq lazımdır. Bunun üçün müştərinizi xaraqterizə edən keyfiyyətlər seçilməlidir. Sonra isə sosial şəbəkənin təqdim etdiyi alətlərdən istifadə edərək özünüzə hədəf auditoriyası seçməlisiniz. Yeni açılmış səhifələr izləyici yığmaq üçün mütləq reklam verməlidir. Düzgün hədəf auditoriyasına xitab etmək üçün sizin aidiyyəti kontnetinizdə olmalıdır. Yəni müştərinin diqqətini çəkəcək,münasibət bildirəcək və dostları ilə paylaşmağa vadar edəcək kontnet.
Kimlər kontnet menecer ola bilər?
- Ali təhsilli
- Yazı yazmaq və fikirlərini izah etmək bacarığına sahib olanlar
- Ünsiyyətcil, yaradıcı və maraqlı ideyalara sahib olmalı
- İnterneti və kitab oxumağı sevənlər
- Sosial media trendlərini izləməli