Xaricde tibbi tehsil ✔︎
Xaricdə təhsil almaq istəyənlərin çoxu bu gün tibbi təhsilə üstünlük verir. Tibb sahəsinin öyrənilməsi üzrə beynəlxalq proqramlar tələbələri səhiyyə, innovasiyalar və xəstələrin müalicəsinin və qulluğunun keyfiyyəti ilə yeni metodlar, həmçinin xəstəxana imzibatçılığı sahəsində müasir texnologiyalar dünyasına daxil edir.
Xaricdə tibbi təhsil haqqında
Xarici universitetlərin bir çoxu bu gün tibb sahəsi üzrə müxtəlif proqramlar təklif edirlər. Elə buna görə də gələcək tibb işciləri ali məktəb seçimində diqqətli olmalıdılar.
İlk öncə tibbin öyrənmək istədiyiniz sahəsini seçməli daha sonra bu istiqamətdə ixtisaslaşan tələbə və ekspertlərin rəyini nəzərə alaraq universitetlərə yönəlmək lazımdır.
Xaricde tibbi tehsil almaq istəyərkən təhsil haqqına da diqqət elemək lazımdır. Xaric tibbi marifləndirici proqramlar adətən bahalı olur.
Tibb sahəsi dünyanın istənilən universitetində qəbul şərtləri digər universitetlərə nisbətən çətin və tədris prosesi uzun illər çəkən bir sahədir.
Xaricde tibbi tehsil almaq üçün yüksək səviyyəli ingilis dilini bilməlisiniz.
Xaricdə tibbi təhsil almaq üçün universitetlər
Müxtəlif ölkələrdə tibb sahəsi üzrə təhsil verən universitetlər fəaliyyət göstərsədə Çin, Yeni Zellandiya, Malaziya, Kanada, Amerika, İtaliya da tibb sahəsi üzrə dünyanın ən nüfuzlu universitetləri var. Almaniya da tibb sahəsində ən güclülərdən biri hesab edilir. Elə buna görə də alman tibb diplomu bütün dünyada yüksək qiymətləndirilir.
ABŞ-da tibb universitetlərinə qəbul Avropa və Azərbaycandan fərqlənir. ABŞ-da tibbi təhsil almaq üçün siz mütləq şəkildə orada ixtiyari 4 illik bakalavr təhsilinə qoşulmalısınız. 4 illik bakalavr təhsilindən sonra 4 illik tibb təhsilinə başlamaq olar. Yəni Amerikada tibb təhsili bakalavr deyil, magistr təhsilidir.
Xaricde tibbi tehsil almaq istəyən tələbələr üçün bu ölkələrdə ki universitetlərdə elmi tədqiqatların aparıldığı labaratoriyalar, tibbi konfranslar, tədbirlər və müasir dərs proqramı vacibdir.
Tibb təhsilinin müddəti əksər hallarda 4 il davam etsə də bəzi ölkələr də 5 və 7 il aralağında dəyişə bilir. Xaricdə tibbi təhsil aldığınız illərdə ilk 2 il nəzəri biliklər, 3 və 4 cü illər isə labaratoriya və poliklinikalarda praktika tədris olunur.
Xaricdə tibbi tehsilin təşkili ilə məşğul olan şirkətlər xaricdə bakalavr və magistr pilləsi üzrə tibbi təhsil almağa imkan yaradır. Şirkətlərin gənclərə xarici ölkələrin ali məktəblərində xəstəxanalarında tibbi praktika keçməsi üçün də təklifləri olur. Həmçinin tələbələr xaricdə təşkil olunan tibbi tədbirlərə-konfranslar, seminarlar,workshoplar, ixtisas artırma kurslarına qatılmaq imkanı əldə edirlər.