Xaricdə təhsil almaq üçün nə etməli

Bu sual çox tələbəni maraqlandıran vacib və maraqlı bir sualdır. Hansı şərtlər tələb olunur. Kimlər xaricdə təhsil almaq hüququna sahibdir? 

Xaricdə təhsil almaq hər bir gəncin arzusudur. Gələcəyi üçün gözəl xəyallar quran, bu xəyallarını gerçəyə çevirmək istəyən hər bir kəs üçün xaricdə təhsil yeni imkanlar açır. Bu vasitə ilə həm yeni yerlər görmək, maraqlı ölkələr gəzmək arzusu reallaşır, həm də çox perspektivli bir universitetdə təhsil almaq imkanı yaradılır. Tələbələr  xarici universitetlərin onlara  verəcəyi bütün imkanları analiz edərək, gələcək uğurlu karyera üçün hansının daha əlverişli və məqsədyönlü olduğunu düşünərək seçirlər.

Təbii ki bunu hərkəs yəqin ki bilir. Xaricde tehsil almaq istəyirsinizsə təhsil alan zaman çətinliyinizin  olmaması üçün mütləq xarici dil biliyiniz mükəmməl olmalıdır. Xaricdə təhsil almağın ilk şərti xarici dil bilməkdir.

. İlk öncə dil öyrənməlisiniz. Xarici universitetlərin əksəriyyətində təhsil ingilis dilində olduğu üçün beynəlxalq ingilis dili sertifikatları bugün çox məhşurdur. Xüsusilə də İELTS, TOEFL, TESTDAF və s.

Ümumiyyətlə xaricdə təhsil almaq üçün bu iki göstərici çox vacibdir:

  • Xarici dil öyrənmək 
  • Akademik göstəricilər yaxşı olmalıdır. 

Akademik göstəricilər tələbənin seçdiyi universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Bəzi universitetlərin seçim kriteriyalarında Orta Müvəffəqiyyət Göstəricisi (GPA) ən vacib faktor sayıla bilir. GPA – nı yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətdən qalmamaq lazımdır

Xaricde həm bakalavr həm də magistr təhsili almaq olar. Bakalavr təhsili bəzi ölkələrdə 3 (Avropa), bəzi ölkələrdə 4 (MDB, Amerika), bəzilərində isə 5 illik ola bilər. Hal hazırda 3-4 illk proqramlar dünyada daha geniş yayılmışdır. 

Xaricde təhsillə bağlı Azərbaycanda bugün bir çox şirkətlər məşğul olur. Təhsil şirkətləri sizin sənədlərinizi hazırlayaraq xarici universitetlərə qəbul olmanıza köməklik edir. Amma seçim etdiyiniz şirkətlər haqqında əvvəlcədən ətraflı məlumat almalısınız.  

Xaricdə təhsil almaq üçün lazım olanlar aşağıdakılardır:

  • Müəyyən qədər büdcə. (Bu müraciət etdiyiniz proqrama görə dəyişir.)
  • Xarici pasport 
  • Diplom-master və PhD nazmizədlər üçündür. Təhsilin son ilində olanlar üçünsə arayış lazımdır.
  • Bakalavr təhsili almaq üçün attestat 
  • Transkript (diplom əlavəsi) 
  • Motivasiya məktubu (motivation letter) 
  • Təqaüd proqramları tapılmalıdır
  • Tələb olunan sənədlər hazırlanmalıdır
  • Müsahibədən keçmək
  • Viza almaq
  • Tövsiyə məktubu (recommendation letter) 
  • Xarici dil sertiikatı (İELTS/TOEFL)

Əgər siz İngilis dilində təhsil almısınızsa bəzi hallarda sizdən sertifikat tələb olunmaya bilər. 

Müraciət edəcəyiniz təqaüd proqramından,, ölkədən və universitetdən asılı olaraq bu siyahıya əlavələr də ola bilər. 

Xaricdə həm bakalavr həm də magistr təhsili almaq mümkündür və son zamanlar demək olar ki çətin deyil. 

Xaricdə bakalavr təhsili almaq üçün bir neçə yollar var.

Buna görə də ölkələri iki qrupa bölmək olar:

– Azərbaycanda 11-ci sinifi bitirən şagirdi birbaşa qəbul edən ölkələr;
– Azərbaycanda 11-ci sinifi bitirib kurs keçdikdən sonra qəbul edən ölkələr.

Şagirdlərin 11-ci sinifi bitirdikdən sonra imtahan verib birbaşa bəzi ölkələrin universitetlərinə qəbul ola bilərlər.

Bu ölkələr aşağıdakılardır:

Türkiyə attestatla təhsil
 Amerika Birləşmiş Ştatları 
 Kanada
 Hollandiya ( bəzi hallarda) 
 Böyük Britaniya (Foundation) 
 Almaniya (özəl universitetlər) 
 Macarıstan 
-Latviya və s. 

Xaricdə təhsil üçün attestat almağınız və bir də İELTS və TOEFL imtahanlarına hazırlaşmağınız kifayətdir.

Təhsil forması əyani, distant və qiyabi olur. Xaricdə təhsilin qiyabi formasına maraq günü-gündən artmaqdadır. Bəzən qiyabi təhsillə distant təhsili səhv salırlar. Qiyabi təhsil zamanı ildə iki 2-3 günlük universitetə getmək lazımdır. Distant təhsildə isə buna ehtiyac yoxdur. Sizə sadəcə sürətli internet lazımdır.

Xaricdə qiyabi təhsil aldığınız zaman ildə iki dəfə universitetə getməyiniz kifayətdir. Bununla da həm də digər ölkə də yaşamaq xərclərindən – yataqxana, yemək pulundan azad olursunuz. Xaricdə qiyabi təhsil almaq istəyənlər daha çox hazırda işləyən və ya karyerasında yüksəlmək istəyi olanlardır.

Tələbələr Rusiya, Ukrayna, Türkiyə və s. kimi ölkələrdə qiyabi təhsil ala bilərlər.

Bəzi Avropa ölkələrində qiyabi təhsil almaq mümkün olmur. Buna səbəb vizanın verilməməsidir. Bunun əvəzinə xaricdə distant təhsil almaq olar.

İngiltərə və Hollandiya universitetlərində qiyabi təhsil daha keyfiyyətlidir.

Türkiyədə heç bir imtahan vermədən attestla qiyabi təhsil almaq mümkündür. Türkiyədə qiyabi təhsil almaq üçün illik təhsilhaqqı 1200 TL-dir. Azərbaycan manatı ilə illik 360 manatdır. Türkiyədə qiyabi təhsil müddəti 4 ildir və cəmi 10 ixtisas üzrə təhsil ala bilərsiniz.

Xaricdə təhsil xərcləri

Məlum məsələdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin öhdəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının  imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı  da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Ancaq, sözsüz ki, bu proqramın özünəməxsus tələbləri və xüsusiyyətləri də var.

Ümumiyyətlə, başqa ölkədə  həm təhsil, maddi durumla bağlı məsələyə məntiqlə baxmaq lazımdır. Yəni, sadəcə hisslərə qapılıb xaricdə təhsil planları qurmaq, nəticədə, sizi çətin vəziyyətdə qoya bilər. Bu baxımdan, tələbə olmaq istəyən şəxs, ailəsi və ya özünün maddi durumunu nəzərə almalıdır. Talantlı tələbələrin təqaüd proqramlarında   ciddi şansları olmasına baxmayaraq, hər kəsin şansı eyni deyil və hər kəs təqaüdü qazana bilmir. Ən məntiqli yol isə alternativ bir variantları da hazır etmək və bunu büdcəyə uyğun düzgün hesablamaqdır.

Slovakiya, Çexiya, Polşa və Latviya Avropada hələki ən uyğun şərtlərlə (qəbul şərtləri, təhsil haqqı, viza və s.) təhsil təklif edən ölkələrdir. Məsələn, illik təhsil haqları Polşa universitetlərində 1.000-5.000, Çexiya universitetlərində 700-5.500, Latviyada 2.100-6.500 və Slovakiya universitetlərində isə 1.000-3.500 avro arasında dəyişir. Nəzərə alın ki, buraya əczaçılıq və ya  tibb kimi sahələr daxil deyil.

Təhsil haqlarının adətən birinci il üçün bütöv olaraq ödənilməsi tələb olunur. İstisna olaraq, Polşa universitetləri və bir sıra hallarda Çex və Eston universitetləri yarı-yarıya ödənişi də qəbul edir. İkinci il üçün isə universitetlər, təhsil haqqının bir neçə dəfəyə ödənilməsində adətən hər hansı bir sıxıntı yaratmırlar. Əsas məsələ budur ki, qışda və yaydakı imtahanlara qədər həmin semestr üçün nəzərdə tutulmuş təhsil haqqı tamamən ödənilməlidir.

Xaricdə təhsil almaq üçün nə qədər pul lazımdır?” sualının cavabını ümumi olaraq yekunlaşdırsaq, aylıq 500-600, təhsil haqlarında illik 5.000 avroya qədər büdcə varsa, Polşa, Çexiya, Macarıstan, Slovakiya, Sloveniya, Xorvatiya, Latviya, Litva, Estoniya və s. bu kimi ölkələrdən seçim etmək olar. Əgər tələbə, aylıq xərclər üçün 1.000, illik təhsil haqqı üçün 8.000-dən çox büdcə ayıra bilirsə, seçimləri Finlandiya, İsveç, Niderland, Danimarka kimi ölkələrdən də etmək olar.

Avropa ölkələrində təhsil almaq üçün ən yaxşı imkanlardan biri təqaüd proqramlarıdır. Amma təqaüd proqramlarına müraciət edərkən sizin göstəriciləriniz digər tələbələrin göstəricilərinə nisbətən yüksək olmalıdır.

Avropanın bəzi ölkələrində yaşayış xərcləri çox yüksəkdir. Bu səbəbdən də  bəzi universitetlər tələbələrə kömək məqsədilə təhsil haqqlarından azaddır.

Özəl universitetlərdə isə tələbələr üçün xüsusi imtiyazlar var. Avropada özəl universitetlərdə təhsil qiymətləri 500-1000 avro arasında dəyişir. Əlillik dərəcəsi olan və ailəsinin maddi durumu aşağı olan tələbələr üçün xüsusi güzəştlər təətbiq olunur.Onlar  təhsil haqqından azaddırlar.

Həmçinin Avropa universitetlərində tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Yəni tələbə universiteti bitirib işlədikdən sonra təhsil haqqını ödəyə bilər. Bu imkan maddi durumu aşağı olan tələbələr üçün böyük köməkdir.

Yaşam xərcləri

Əgər ki, bir ailə övladının təhsili üçün aylıq maksimum 1.000 manata (≈535 avro) qədər pul ayıra bilərsə, ABŞ, Kanada, Almaniya, Norveç, İsveç, Finlandiya, Danimarka, Niderland, Fransa və s. bu kimi ölkələrdə təhsil almağı düçünmək yanlış olacaqdır. Bu kimi ölkələrdəki minimum maaş, yəni insanların fundamental xərclərini qarşılamaq üçün tələb olunan rəqəm, qeyd olunan və təhsil üçün ayrıla biləcək ailə büdcəsindən 2-3 dəfə çoxdur. Eyni zamanda bu kimi ölkələrdə miqrantlar çox və iş (fiziki işlər xaric) tələbləri rəqabətli olduğundan, təkcə ingilis dili bilən və təcrübəsi olmayan bir tələbənin (ABŞ və Kanada istisna) iş tapma ehtimalı da çox zəifdir.  

Əlbəttə ki, aylıq xərclərdəki ən önəmli məqam şəxsin həyat tərzi ilə birbaşa asılılıqda olmasıdır. Məsələn, paytaxtda , turistik şəhər və  ya 2-ci dərəcəli şəhərdə yaşamaq, yataqxanada (1-2 nəfərlə birlikdə) ya ayrı bir evdə yaşamaq, evi mərkəzdə və ya bir qədər uzaqda kirayələmək, hər gün restoranda yemək yoxsa özün bişirmək arasındakı seçimlər ümumi aylıq xərclərdə mütləq fərqlər yaradacaqdır. Aylıq xərclərə nəzarət edərək hansı ölkədə, şəhərdə olmağınızdan asılı olmayaraq, xərcləri bir qədər azalda bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button