Qadagan Olunmus Filmler ✅
İzləyərkən psixologiyanızı pozacaq qadagan olunmus filmler.
Qorxulu səhnələri və ya tamaşaçıya psixoloji təsirləri səbəbindən bir çox filmin tamaşaçı qarşısına çıxmasının qarşısı alındı. Bəzi ölkələr də normal sayılan bu filmlər bəzilərində qadağan edildi. Siyahıda elə filmlər var ki, bu filmlərdəki şiddət səhnələri insanlara tətbiq olundu və əksəriyyəti həqiqətən öldü. Bu reaksiyalara baxmayaraq, filmlər insanlar tərəfindən maraqla izlənilməyə davam edildi və bir çox festivallarda mükafat qazandı.
Baxarkən sizi psixoloji cəhətdən gərginləşdirəcək, amma yenə də izləməyi dayandıra bilməyəcəyiniz qadağan olunmuş filmlər:
- Şeytan ( The Exorcist)
William Peter Blatty-nin eyni adlı romanı əsasında çəkilən filmdə hadisələr 12 yaşlı Reganın qəribə davranışından şübhələnən ailənin qızlarını həkimə apardığı zaman başlayır. Heç bir tibbi müalicəyə cavab verməyən Regan son dərəcə şiddətlə tərləyir, qəribə səslər çıxarır, mənasız hərəkətlər edir. Son çarə olaraq Reganın ailəsi qızlarını psixiatr Ata Merrinin yanına aparır. Ata, Regana Şeytan girdiyini iddia edir və bununla da ailə ümidsiz vəziyyətə düşür və bundan çıxmağa çalışır.
Film ilk olaraq Amerikada yayımlanır sonra yayımı dayanır. Daha sonra Finlandiya, İngiltərə, Braziliya, Avstraliya, Almaniya, İrlandiya, Norveç, Sinqapur və İsveçdə qorxulu səhnələri səbəbindən qadağan olundu.
- Yamyam İşkəncəsi ( Yamyam Holokost)
Bir qrup alimin sənədli film çəkmək üçün Amazonlardakı yerli qəbilələr olan yerə getməsindən və bu müddət ərzində baş verən hadisələrdən bəhs edir. Filmindəki bəzi ölüm səhnələrinin real olduğunu iddia edilərək film 18 ölkədə qadağan edildi.
- Serb film ( Srpriski filmi)
Təqaüdçü kino ulduzu Miloşun peşəni tərk etməsindən beş il keçir. Bu beş ildə yeni bir peşə qazana bilməyən Milos, həyat yoldaşı və oğlu ilə birlikdə xoşbəxt yaşayır və keçmiş həmkarlarından biri olan Leyla, onu köhnə günlərə qaytara biləcək təkliflə çıxış edir. Bu təklif Milosun ailəsinin gələcəyini təmin edə biləcəyi astranomiq bir haqqı ödəyəcək qədər iddialı, və eyni zamanda geri çəkilməsinə dair ən kiçik bir ip ucu vermək üçün çox sirrlidir. Azyaşlı uşaqlara verilən işgəncə üzündən izlənməsi çox çətin olan film, son kinoteatrlarda ən ağır tənqidlərə məruz qaldı.
- İnsan qırxayaq seriyası
3 filmdən ibarət olan serialda əsas mövzu olaraq insanları kollektiv bir yerdə həbs edən psixoloji cəhətdən problemli baş qəhramanlar, ələ keçirdikləri insanlardan qırxayaqlılar edərək onları ölümə məhkum edirlər. İçərisində olan şiddəti ağır dozalarında olduğu üçün filmin rejissoru Tom Six, filminin dünyanın demək olar ki bütün ölkələrində qadagan olunduğunu söylədi.
- Çəhrayı flaminqolar
1972 ci ildə John Wates-in ssenari müəllifi olduğu və rejissoru olduğu filmdə zehni cəhətdən geri qalan anası Edie, xəstə oğlu Crackers və yoldaşı Pambıqla birlikdə treylerdə yaşayan şişman və dəbdə olan bir cinayətkar Bans Jonsun sərgüzəştləri təsvir olunur. Misilsiz şəkildə qara yumordan istifadə edən film nümayiş olunduğu hər ölkədə tamaşaçıları böldü. Psixoanaltik istinadlara görə izlənməsi çətin olan bir filmdir. 1973-cü ilə aid bir qəzetdə “Allah bu filmi çəkənləri xam, alçaq qarışıqlıq göstərdiyinə görə bağışlasın. Dünyadakı tamaşaçılar sonsuza qədər minnətdar qalacaqlar” şərhi tapıldı.
- İşkəncə
Bir çox ölkədə yayımlanmadan qadağan olunan filmdə, gənc jurnalist snuff filmləri ilə bağlı geniş araşdırmaya başlayır. Yeraltı sirrlər açılmağa başlayanda gənc jurnalist şok görüntülərlə qarşılaşır. Baxmayaq ki, bu araşdırmaya son qoymaq istərsədə, indi dəhşətli bir yol içindədir.
- Ölümlə üz-üzə gəlmək
Bir hissəsi real həyatdan alınmış, bir hissəsi isə qondarma ölüm və zorakılıq səhnələrinin video seriyası olan film 46 ölkədə qadağan edilmişdir. Rejissor John Schwarts tərəfindən hazırlanan, 8 real ölüm səhnəsini özündə cəmləşdirən film, kino tarixinin ən azğın filmlərindən biri adlandırılır.
- Qəbrinin üstünə tüpürəcəm
1978 və 2010 filmlərinin iki versiyası var. Özünə təcavüz edən 4 nəfər tərəfindən təcavüzə uğrayan yazıçı bir qadının, ona təcavüz edən 4 kişidən aldığı intikamdan bəhs edən film, qadını şiddətə təhrik etdiyi üçün Skandinaviya ölkələrində, İrlandiyada, Qərbi Almaniyada, Kanada da qadağan edildi. Filmdəki təcavüz səhnəsi kino tarixinin ən narahat səhnələrindən biridir.
Şiddətin, zorakılığın, vəhşiliyin dozası çox olduğuna görə bu filmlər qadağan olunmuş filmlər hesab edilir. Bu filmlər sanki lənətlidir, izləyənləri müəyyən müddət həyatdan küsdürə bilər.
Aşağıdakı filmlər də qadagan olunmus filmler siyahısına daxildir.
- The Devils (1971)
- The Burning ( 1981)
- Texas Qətli ( 1974)
- Şeytanın ölüsü (1981)
- Soldakı son ev (2009)
- Snuff (2007)
- Silent Night, Deadly Night (1984)
- Salo ya da Sadomun 120 günü(1975)
- Persepolis (2007)
- İşkəncə otağı (2008) və s.
Oxşar Yazılar:
✅ Kino baxmaq üçün saytlar
✅ Ən maraqlı Kinolar siyahısı