Cv hazirlamaq qaydaları və 7 əsas tövsiyə
CV hazirlamaq üçün əsas məqsəd işə qəbul üçün müraciətdir. Buna görə də elə Cv hazırlamalısınız ki, digər namizədlər arasından sizinki daha peşəkar və diqqətə layiq görünsün. Bu haqda çoxlu suallarınız olduğunuda bilirik və bunun üçün də sizə yardımcı olmaq üçün aşağıda bunlara cavab verməyə çalışırıq.
Cv nece hazirlanir nələrə fikir verməliyəm?
CV hazirlamaq üçün əvvəlcə bunu özünüz sıfırdan yoxsa hazır cv formaları ilə etmək istədiyinizi qərarlaşdırın. Əgər məqsədiniz belədirsə də, bilməli olduğunuz əsas şeylərə əməl edərək daha yaxşısını hazırlmağa çalışın.
CV hazırmaq üçün əsas qaydalar
- Təməl bilgiləri düzgün doldurun.
CV hazırlayarkən əsas olaraq sizinlə əlaqə hissələrini, düzgün və ətraflı doldurmağa fikir verin. Mail və nömrə sizə aid və düzgün yazılış formasına malik olmalıdır.
- Tək səhifəlik olmalıdır.
Oxunaqlı və daha rahat çap olunması üçün çalışın Cv-niz 1 səhifədən ibarət olsun.
- Müraciət etdiyiniz işə uyğun olmalıdır
Lazımsız məlumatlarla CV-nizi doldurmağa çalışmayın. İstədiyiniz işə uyğun olan təcrübələrinizi, sertifikatlarınızı və bacarıqlarınızı qeyd edin.
- Bacarıqlarınızı düzgün və ətraflı ifadə edin
Bacarıqlarınızı geniş və ətraflı qeyd edərək seçim zamanı rəqiblərinizdən daha üstün olduğunuzu sübut edə bilərsiniz.
- Referans əlavə edin
Köhnə iş yerinizdən, bu sahədə təcrübəli və tanınan şəxslərdən referans alaraq və ya onların əlaqə nömrələrini qeyd edərək bu şirkətin sizin haqqınızda daha aydın məlumat almasına köməklik göstərə bilərsiniz.
- Daima yenilikləri əlavə edin
Köhnə CV formasını istifadə etməkdən çəkinin. Daima yeni biliklərinizi və bacarıqlarınızı qeyd ediyiniz formaları göndərməyə çalışın.
- Çox ciddi və oxunaqlı görünməsinə fikir verin
Ən önəmlisi isə çalışın CV daha oxunaqlı və peşəkar olaraq görünsün.