Hazir CV formasi və Cv hazırlamaq üçün 7 əsas qayda.
Hazir CV formasi yükləyərək və ya online CV hazırlayaraq işlərinizi tamamilə rahatlaşıra bilərsiniz. Ancaq İş üçün müraciət anketi doldurularkən də çox önəmli faktorlar nəzərə alınmalıdır. Bu sizin göndərdiyiniz sənədin oxunması və oxuyan adam tərəfindən qiymət verilməsi baxımından çox vacibdir.
Hazır CV formasi necə yüklənir və nələrə fikir verməliyəm?
Hazır CV formaları seçdikdə ilk öncə onun oxunaqlı olub olmamasına fikir verməlisiniz. Bu sizin işinizi asanlaşdırmaqla qalmayıb qəbul edən tərəfində oxumağı və seçimlərinə qərar verməsini asanlaşdıracaqdır. Bu zaman ən çox fikir veriləsi məqam yazı stili və mətnlər arasındakı məsafə olmalıdır. CV formalarını burdadan keçid edərək yükləyə bilərsiniz. ->(Yükləmə səhifəsi)
Məlumatları dəqiq, düzgün və səliqəli olaraq doldurun. Şəxsi məlumatlarınızı: iş yeri, xasiyyət, bacarıqlar, dil bacarıqları bunları doğru şəkildə qeyd etməlisiniz. Məsələn bir işdə nə qədər təcrübənin olduğunu dəqiq müddəti qeyd etməklə, ən problemli olan dil bacarıqlarını isə düzgün bildiyiniz səviyyəni yazmaqla bitirməlisiniz. Bu məlumatların yanlışlığı sizi müsahibə zamanı da pis vəziyyətə sala bilər. Bilmədiyiniz bir dili “yaxşı” yazaraq ancaq özünüzü pis edə bilərsiniz. 🙂
Müraciət etdiyiniz iş yerinə uyğun CV hazırlayın. Əgər siz mexanik kimi bir müəssisəyə müraciət edirsinizsə, orada sizin aşbazlıq kursu keçməyiniz, futbol nəaliyyətləriniz və ya aldığınız uyğunsuz sertifikatlar maraqlı deyil. Bunları sadəcə hobbiləriniz hissəsində qeyd edərək nə qədər aktiv bir insan olduğunuzu sübut edə bilərsiniz. Həm də lazımsız olaraq CV-nizi doldurub oxuyan şəxsin fikirini yayındırmamış olacaqsınız.
Hazır CV farmaları üzərində düzəlişlər edin, lazımsız hissələri silin. Əgər yüklədiyiniz nümunədə sizə aid olmayan və artıq bildiyiniz nəsə varsa, mütləq silin. Çünki bu sizin üçün maraqlı deyilsə, qəbul edən tərəf üçündə belədir və sizin bacarıqsızlığını göstərmiş ola bilər. Məsələn hər hansı bir yerdən sertifikatınız yoxdursa, demək ki bu hissəni silməlisiniz. Əsasən də göndərdiyiniz iş yerinə uyğun məlumatları saxlamalısınız.
Sizinlə əlaqə formunu düzgün doldurmaq və düzgün mail ilə CV göndərmək lazımdır. Bu vəziyyət ən çox qarşılaşan problemlərdəndir. Hazır nümunəni doldurarkən insanlar ya qohumlarının mailini, nömrəsini qeyd edirlər. Bu isə sizinlə əlaqə qurmağı çətinləşdirir və çəkdiyiniz əziyyəti heçə etmiş olur. Sizi işə qabul edərkən və suallar vermək istədikləri zaman qohumlarınızla danışmaq yəqin ki, düzgün olmaz 🙂
Mail problemi. Ən önəmli faktorlardan biridir. Şirkət və ya müəssisəyə göndərdiyiniz CV formasi sizə uyğun mail ilə göndərilməyi məsləhətdir. Bu sənətdə isə qeyd edilən mail sizin adınıza uyğun olmalı və daimi aktiv olmalıdır ki, sizinlə əlaqəyə keçmək mümkün olsun. Daima spam qutusunuda nəzarətdə saxlamalısınız. Bəzi cavab mesajları spam olaraqda mailinə əlavə oluna bilər.
Düzgün mail nümunəsi: [email protected] ✅
[email protected]. ✅
Səhv mail nümunələri: [email protected]. ❌
[email protected] ❌
Ən sonda CV gondermek formasi. Çalışın göndərmək istədiyini sənədlər həmişə PDF formada göndərəsiniz. Yüklədiyiniz formalar word faylı olsa belə sonda onu convertorlar vasitəsiylə PDF formasına salıb göndərin. Bu zaman qəbul edən tərəf üçün daha oxunaqlı vər seçilən olacağınıza əmin olun. Qeyd: əsas hazırladığınız faylı həmişə özünüzdə saxlayınki, gələcək əlavələri rahatlıqla edə bilə və yenidən PDf hala çevirə biləsiniz.
Hazir CV və Online CV formalarını necə əldə edəcəksiniz?
Aşağıda göstərdiyimiz səhifələrə keçid edərək özünüz üçün ən ideal CV formalari seçə bilər və yükləyəyə bilərsiniz. Burada həm online həm də üzərində düzəliş edə biləcəyiniz “word document” CV faylları mövcuddur.
Hazır CV formaları yüklə: https://devdoping.az/cv-formalari/
Online CV hazırlamaq saytlari: https://devdoping.az/cv-formasi-yukle/