Ukraynada tehsil qiymetleri ✔︎

Son zamanlar Ukraynada təhsil almaq istəyən tələbələrin sayı artmaqdadır. Bu Ukraynada özəl və dövlət universitetlərinə qəbul şərtlərinin asan olması, Ukraynada tehsil qiymetleri digər Avropa ölkərinə nisbətən aşağı olması, yaşayış xərclərinin aşağı olması ilə əlaqədardır.

Ukraynada tibb təhsili Avropanın digər bölgələrinə nisbətən xeyli ucuzdur.

Həmçinin Ukrayna Avropada ən keyfiyyətli nəqliyyat sisteminə malik ölkələrdəndir.Universitetlər tərəfindən xarici tələbələrə ictimai nəqliyyat güzəşt təklifləri var.

Təhsil rus, ukrayn, ingilis dilində keçirilir.

Tədris dili kimi xarici tələbələr adətən ingilis dilinə üstünlük verirlər.

Ukraynada təhsil qiymətləri haqqında

Ukraynada tehsil qiymetleri təhsil alacağınız universitetə, əyani və qiyabi bölməyə və fakultəyə görə dəyişir.

İllik təhsil haqqı yarımillik olaraq 400$-dan başlayır. Tam il 800$. Qiyabilər də isı 20 % ucuz olur.

Qəbul zamanı tələbə ilə müqavilə bağlanır. Müqavilədə tələbələrin oxuyacağı illərdə təhsil haqqı əvvəlcədən qeyd olunur. Bu qiymətlər tələbə oxuduğu müddətdə dəyişməz qalır.

Əyani tələbələr birinci kursda yarım il və ya bir il üçün təhsil haqqı ödəyir. Geridə qalan illərdə 4 dəfə ödəniş edə bilər. Qiyabi tələbələr də isə ödəniş ildə iki dəfə sessiya başlanğıcında ödənilir.

Qiyabi təhsil zamanı illik təhsil haqqı 700 dollar ilə 1500 dollar arası dəyişir.

Ukraynada əyani bölmədə təhsil zamanı illik təhsil qiymətləri 1200 dollar ilə 5000 dollar arası dəyişir. Əyani təhsil alan tələbələr universitet yataqxanasında yerləşdirilir.

Dövlət yataqxanalarında qiymət 30-50 dollar arası dəyişir. Bu qiymətlər universitetə və yataqxananın şəraitiinə görə dəyişir.

Təqaüd proqramlarına qoşula bilsəniz Ukraynada pulsuz təhsil ala bilərsiniz.

Ukraynada illik təhsil haqqının nə qədər olmasından asılı olmayaraq tələbələr 2 hissəyə bölüb il ərzində ödəyə bilərlər.

Təhsil üçün dəvətnamə

Ukraynada həm əyani həmdə qiyabi oxumaq üçün təhsil dəvətnamələri var.

Dəvətnamə- Ukrayna pasport və viza xidməti departamenti tərəfindən hazırlanan rəsmi sənəddir. Bu sənəd tələbənin bu universitetə qəbul olunduğunu və müvafiq təhsil xidmətlərini almaq üçün ölkəyə gələ biləcəyini təsdiqləyir. Dəvətnamə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən aparılır. Dəvətnamənin ödənişi universitetdən asılı olaraq 50 və 100 $ olaraq dəyişir. Lazım olan sənədlər xarici pasport və attestatın scan kopyasıdır.

Hər bir tələbənin Ukraynaya gəlməsi üçün dəvətnamə alınmalıdır.

Tibbi sığorta

Ukrayna ərazisində hər bir tələbənin tibbi sığortasının olması şərtdir. Sığorta əsasında pulsuz tibbi yoxlanış, tələbə xəstəxanasında pulsuz müayinə oluna bilərsiniz.

Oxşar yazılar:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button