Tərcümeyi-hal necə yazılır və nə üçündür? ✅

Tərcümeyi hal Nədir?

Tərcümeyi-hal təqdim etdiyi şəxs barədə tam məlumatdır. Tərcümeyi-hal adətən işə girərkən dövlət orqanları, böyük şirkətlər və yaxud da qurumlar tərəfindən işə götürülərkən tələb olunur. Hər bir şəxs özü haqqında bu sənədi öz əl yazısı ilə yazmağı bacarmalıdır.

Tərcümeyi-hali yazmağa başlayarkən ilk öncə özünüz barədə dəqiq və ardıcıl məlumatları yazmalısınız. Aşağıdakılar bu siyahıya aid olanlardır.

  1. Ad və soyad
  2. Doğulduğunuz il və yer
  3. Məktəbə daxil olduğunuz və bitirdiyiniz il
  4. Ali məktəbə qəbul olmusunuzsa daxil olduğunuz və bitirdiyiniz il. 

Və işlədiyiniz yerlər və vəzifələr:

  • Tərcümeyi-hal hazırlayarkən ailə üzvlərininiz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında ətraflı məlumat yazmalısınız. (Yəni ad və soyadları, doğulduqları il və yer. Hal-hazırda işlədikləri yer və vəzifələri) 
  • Siz forumu doldurarkən heçbir şeyin üstündən keçməməyə və nəyinsə əksik olmamasına diqqət etməlisiniz. 
  • Tərcümeyi halı yazarkən doğulduğunuz gündən olan bütün hadisələri, yəni məktəbə neçənci ildə getmisiniz, neçənci ildə bitirmisiniz, işlədiyiniz yerlər, vəzifələriniz ardicil olaraq qeyd olunmalidir.
  • Sənədi hazirlayarkan çalışın çox uzun və yorucu yazmayın. Və yazarkən dizaynına, qrammatik, stilistik və durğu səhvlərinin olmamasina fikir verin.
  • Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır, və “Mən, adım, soyadım…” şəklində başlayır.
  • Və sonda formanın altında adınız, soyadınızı, bugünki tarixi və imza atmağı unutmayın. 

Aşağıdakı Tərcümeyi hal nümunəsi sizə köməklik göstərəcəkdir.

Tərcümeyi-hal 
Mən Aynur Kamal qizi Əliyeva 1992 ci ildə Bakida anadan olmuşam. 1999cu ildə 196 nömrəli orta məktəbə daxil olmuşam və 2010cu ildə orta məktəbi bitirmişəm. 

2010cu ildə Baki Dövlət Universitetimə daxil olmuşam. 2014 cü ildə universiteti qurtarmışam. 

Universiteti və magistraturani bitirdikdən sonra labarant vəzifəsində işə girmişəm.2019cu ildən baş müəllim vəzifəsində işləmişəm. Hal hazirda bu vəzifədə işləyirəm. 

Atam Kamal Aydin oğlu Mehdiyev 1967ci ildə Qubada anadan olmuşdur. CaspianDTL şirkətində baş mühasib vəzifəsində işləyir.
 
Anam Sevda Məhəmməd qizi Mehdiyeva 1969 cu ildə Bakida anadan olmuşdur. Evdar qadindir. 

Qardaşim Tural Kamal oğlu Mehdiyev 1993cü ildə Bakida anadan olmuşdur. “Neft Emali Zavodunda” mühasib işləyir. Evlidir bir övladi var. 
Ərim Əliyev Kənan Akif oğlu 1991ci ildə Qobustanda anadan olmuşdur. Hal hazırda “AdaTikinti” şirkətində Memar-Konstruktor kimi işləyir. 

Oğlum Fariz Əliyev 2017ci ildə Bakıda anadan olmuşdur. Hal-hazırda uşaq bağçasına gedir. 

Tərcümeyi hal nümunəsi
Tərcümeyi hal nümunə 1.

Tərcümeyi-hal yazarkən əsas tələblər bunlardır:

  • Tərcümeyi-hal da şəxsin doğulduğu gün, il, ay (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməlidir. 
  • Qeyd olunan faktlar dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya tərcümeyi-halda diqqət olunası xüsusi haldır. 
  • Tərcümeyi-hal yazanın öz əl yazısı ilə olmalıdır. 
  • Tərcümeyi hal formasına görə sadə və mürəkkəb olur. Sadə tərcümeyi-hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Bu zaman şagird yalnız özü haqda məlumat yazır. 
  • Mürəkkəb tərcümeyi halda isə insanin özü və valideynləri haqda, onlarən məşğuliyyətləri haqda məlumat verilir. 

Tələbə tərcümeyi-hali isə aşağıdaki ardıcıllıqda olur. 

  • Başlıq – Tərcümeyi hal (2020)
  • Ad, soyad və atasinin adi. 
  • Doğulduğu il, gün, ay və yer. 
  • Məktəbə qədər dövr. 
  • Məktəb dövrü. 
  • Tələbəlik dövrü. 
  • Universitetdə apardiği ictimai vəzifə
  • Mükafatlari, təltifləri 
  • Ailə üzvləri haqda qısaa məlumat 
  • Tərcümeyi-hal in yazildiği tarix
  • Tərcümeyi-hali yazanin şəxsi imzasi.
tercumeyi hal numune, tərcümeyi hal formasi
Tercumeyi hal numune 2.

Oxşar və lazımlı digər mövzu və sənədlər:
➡️ FİN kod nədir?
➡️ CV Formalari və hazırlamaq qaydaları

Rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button