Şuşa haqqında məlumatlar ✅
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
Məhşur xanəndə Xan Şuşinskinin bu məhşur ifasını bilməyən azərbaycanlı yəqinki yoxdur.
Susa haqqında melumat
Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Susa şəhəri 1930 – cu ildə təşkil olunmuşdur. Amma yaranma tarixi daha qədimlərə gedir.
Xalq rəvayətinə görə, bu yerlərin havası büllür kimi saf, səfalı olduğuna görə onu Şuşa (şüşə) adlandırmışlar.
Dağlar qoynunda yerləşən, Qarabağın döyünən qəlbi olan, musiqimizin beşiyi sayılan Şuşa şəhərinin təməli 18 ci əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk əvvəllər Pənahəli xanın şərəfinə Pənahabad adlanmışdır. O burada çoxlu abidələri inşa etdirmişdir. İbrahimxəlil xanın dövründə şəhər daha da böyümüş, abadlaşdırılmışdır,müdafiə qalalar inşa edilmişdir.
Rus müstəmləkəsi dövründə Şuşa şəhəri Qarabağ bölgəsinin inzibati və iqtisadi mərkəzi olaraq xeyli inkişaf etmişdir. Şuşa şəhəri yüzillər boyunca Azərbaycanın önəmli siyasi və mədəniyyət mərkəzi olmuşdur.
Şəhər kənarında yerləşən, dərin Daşaltı dərəsinin yaxınındakı Cıdır düzü xüsusilə məhşurdur.
Susa şəhəri “Şərqin Konservatoriyası” adlandırılırdı.
Şuşada elm və mədəniyyət sahələridə inkişaf etmişdir.
Burada 1830 cu ildə qəza məktəbi, 1838 ci ildə seminariya, 1876 cı ildə şəhər və ilk orta məktəb, 1880 ci ildə 6 sinifli qəza məktəbi və 1886cı ildə isə Türk – Rus məktəbi açılmışdır. Şuşa Azərbaycanın bir çox musiqiçisi, xanəndələrinin və bəstəkarların vətənidir.
Bunlara Cabbar Qaryağdıoğlunu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinskini, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və başqaları aiddir.
Susa şəhərinin ərazisi 289 kv km-dir. Şuşa rayonuna 1 şəhər 31 kənd daxildir.
Şuşa şəhəri 8 may 1992 ci il tarixində mənfur qonşumuz ermənilər tərəfindən işğal edilmiş, ərazisi dağıdılmışdır. Şuşa əhalisi hal hazırda məcburi köçkündür və Azərbaycanın müxtəlif regionlarında yaşayırlar.
Ermənilər hər zaman Şuşanın erməni şəhəri olduğunu məmasız şəkildə iddia etmişlər. Amma təbii ki buna özləri də inanmırlar.
Erməni jurnalistlərdən biri Şuşa şəhərində olduqdan sonra təəssüf hissi ilə bildirmişdir ki, ” Bütün səylərimizə baxmayaraq Şuşanı erməniləşdirə bilmədik. Buralar da hələ də Azərbaycan ruhu hakimdir”.
Susa türklər tərəfindən heç vaxt işğal edilməyib, burada hər zaman türklər,Azərbaycanlılar yaşayıb. Bu bir tarixdir. Bu tarixi heçkim dəyişə bilməz.
Şuşa rayonu havasının təmizliyi, saflığı və müalicə əhəmiyyətinə görə kurort şəhəridir.
Şuşanın dağlarında yalnız Şuşaya məxsus olan dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü yetişir. Bu gülün üst tərəfi ele bir formadadırki, elebil gülün üstüne bülbül donub və ordada da donub qalıb.
Şuşanın ərazisi əsanən daqlıqdır ( Qarabağın dağlıq hissəsi). Burada müxtəlif növ tikinti materialı yataqları, mineral su bulaqları var.
Şuşada yerləşən aşağı və yuxarı Gövhər ağa məscidləri müsəlman şərqinin ən əzəmətli və nadir incilərindəndir.