Sətəm nədir? SƏTƏM haqqında məlumat
Sətəm nədir? Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit.
Sağlamlıq – İş yerlərində işcilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan,sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur. Sağlamlıq xəstəliyin olmamasıdır.
ƏT – Əməyinin Təhlükəsizliyi – Şəxsin ciddi xəsarət alma riskinin olmamasıdır. Yəni yükqaldırma əməliyyatı zamanı yükün altında dayanmaq şəxsin ciddi xəsarət almasına və ölümünə səbəb ola bilər.
ƏMM- Ətraf mühitin mühafizəsi – Əmək fəaliyyəti iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin çirklənməsi ənə yol verməmək və çirklənmənin qarşısını almaqdır.
SƏTƏM-in iş prinsipləri belədir:
- İnsanlara ziyan verməmək
- Mülkiyyətə ziyan vurmamaq
- Ətraf mühitə ziyan vurmamaq
- Bədbəxt hadisələrin qarşısını almaq
Hər bir kəs fövqəladə hallar zamanı idarəetmə prinsipinə uyğun hərəkət etməli, “SƏTƏM” – in əhəmiyyətini, ” SƏTƏM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli qanunvericiliyin tələblərini, işəgötürənin və işcilərin SƏTƏM – dair öhdəliklərini bilməlidir. Bu halda heçkim nə öz həyatını təhlükəyə atmaz, nə də ətrafdakılara ziyan vura bilməz.
SƏTƏM sahəsində çalışan bütün işcilər və tələbələr iş yerlərində və təcrübə ərazisində təhlükəsizlik prinsiplərinə əməl etməlidirlər. Onlar özlərinin və ətrafdakıların daha az risklə üzləşməsi üçün təlqin olunan bilik və bacarıqlara yiyələnməli və çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə özlərinin və ətrafdakılarının təhlükəsizliklərini sığortalamalıdırlar. Ümumiyyətlə hər kəs ayıq olmalı, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə, yolda və s. yerlərdə diqqətsizliyə yol verməməlidir.
SƏTƏM mütəxəssisi nələri bacarmalıdır?
- İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin analizi və hadisələri araşdırmalıdır
- Şirkətin işciləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etməlidir.
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etməlidir
- SƏTƏM üzrə müvafiq hesabatlar hazırlamalıdır
- Əməyin mühafizəsinə dair təlimatları hazırlayıb tətbiq etməlidir
- mövcud prosedurları hazırlamaq;
- – Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
- Yerli qanunvericiliyin tələblərini, beynəlxalq standartları bilməli, yerli və beynəlxalq sertifikatlara sahib olmalıdır. Bu halda uğurlu ola bilər.
- İxtisaslaşmış İSO sertifikatlı və FHN tərəfindən tanınan təlim mərkəzlərində SƏTƏM təlimlərində iştirak edərək və sahə təcrübələrinə yiyələnmək üçün zavod /müəssisələrin işində iştirak etməklə bilik və bacarıqlara yiyələnməlidir.