SAT Nedir? SAT imtahanı Haqqında ✅

SAT nedir? Scholasti Aptitude/Assessment Test, başqa sözlə bir çoxumuzun abbreviatura olaraq eşitdiyi SAT ilk əvvəl Amerikada (1926, “College Board” tərəfindən) Ali təhsil müəssisələrinə qəbul üçün yaranmış, sonralar isə digər ölkələrdə tətbiq olunmağa başlanan standartlaşdırılmış test imtahanıdır. 

Bugün ölkəmizdə çox tələbənin arzusu xaricdə təhsil almaqdır. Tələbələrin üstünlük verdiyi ölkə isə Türkiyədir. Türkiyədə təhsil almaq üçün bu imtahanları verməlisiniz: SAT, TQDK, YÖS, ATTESTAT. 

SAT imtahanları xaricdə təhsil almaq üçün çox gözəl fürsətdir.SAT imtahanları ilə nəinki Türkiyə, Amerika və Avropa ölkələrində də təhsil ala bilərsiniz. 

SAT imtahanları 2 hissədən ibarətdir. SAT1, SAT 2.

SAT 1
imtahanı Türkiyə, Amerika və bizim bəzi universitetlərimizdə təhsil almaq üçündür. 
SAT 2 1-ə nisbətən az tələb olunur və məhşur  ABŞ universitetlərinə qəbul üçün nəzərdə tutulub. 

College Board tərəfindən təşkil edilən SAT ABŞ-da ildə yeddi dəfə, ABŞ xaricindəki ölkələrdə ildə 6 dəfə tətbiq olunur. İmtahanlar iki aydan bir aparılır. 

sat nedir

İmtahanlara qeydlər müvafiq ölkələrdəki müraciət mərkəzindən onlayn olaraq həyata keçirilir. İmtahan vermək üçün heç bir məhdudiyyət yoxdur. İmtahan nəticələri 2 il etibarlə olur. 

Beynəlxalq statusa malik olduğu üçün SAT imtahanını dünyanın hər yerində vermək olar. 

SAT tələbələrin universitet təhsilində vacib və zəruri olan tənqidi oxu, yazı – kompozisiya və riyaziyyat-həndəsə, bilik və şərh səviyyələrini ölçməyi hədəfləyir. 

SAT imtahanı tələbələrin universitet təhsilində akademik müvəffəqiyyət əldə etmək üçün lazım olan və orta təhsildə öyrəndikləri düşünmə qabiliyyətlərini sınayır. 

Adətən SAT imtahanını on birinci siniflər və ya orta məktəbdən məzun olmuş tələbələr verirlər. Bu test şagirdlərin orta təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan hansı səviyyədə istifadə edə biləcəyini ölçmək məqsədi daşıyır. Bu imtahanda problemləri düşünmək və həll etmək tərzi və problemlər arasında necə əlaqə qurduqları da qiymətləndirilir.

SAT Ali təhsil müəssisələri üçün əla bir qaynaqdır. Bu test həmdə tələbələrin universitetdəki fəaliyyətinin ən həssas göstəricilərindən biridir. 

Əlavə olaraq bunu da qeyd eləmək lazımdır ki, Azərbaycanda ADA, UNEC və Xəzər kimi universitetlərdə bakalavr pilləsi üzrə tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanı ilə yanaşı, beynəlxalq SAT imtahanı əsasında aparılır. 

Əminəm ki, bu məqaləni oxuduqdan sonra SAT nedir? sualına ətraflı cavab tapacaqsınız. 

Növbəti məqalədə SAT imtahani haqqında geniş məlumat var. Keçid edib imtahanın əsas şərtləri, imtahan üçün nə lazımdır? necə imtahan vermək olar? və s. haqqında öyrənə bilərsiniz. 

Oxşar Məqalələr:
➡️ IELTS NEDIR?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button