Rusiyada təhsil haqqında
Son illər xaricdə təhsil üzrə ən çox müraciət edilən məşhur ölkələrdən biri də Rusiyadır. Rusiyada verilən təhsilin keyfiyyəti, həm digər ölkələrlə müqaisədə qiymətlərin münasibliyi cəlbedicidir. Bununla yanaşı həm də təhsil aldığınız zaman dünyanın aparıcı dillərindən biri olan rus dilini öyrənmiş olursunuz. Bu dil isə biznes sektorunda vacib dillərdən biridir. İşləyərkən bu dilin istifadəsində təlabat yüksək olur. İstər öz ölkəmizdə, istərsə də xaricdə çalışarkən rus dili vakansiyaların tələblərin arasında olur. Buna görə də bu dili bilmək insana kifayət qədər üstünlük verir.
Rusiyada oxumaq üçün universitetlər
Rusiyada universitet oxumaq gələcək tələbələrə keyfiyyətli və ucuz təhsil imkanları təqdim edir. Burada oxumaq istəyən xarici tələbə sayı hər il artmaqdadır və proqramlaşdırma, mühəndislik, tibb kimi sahələrə böyük maraq var. Bizim tələbələrin Rusiyanın ən yaxşı və dünyanın top universitetlərinə imtahansız qəbul ola bilirlər.
Rusiyada təhsil almaq üçün tələb olunan sənədlər
1) Attestat
2) Xarici pasport
3) Doğum haqqında şəhadətnamə
4) SPİD seritifikatı
5) Fotoşəkil 6 ədəd 3×4 ölçüdə qırmızı fonda
Təhsil ala biləcəyiniz ixtisaslar
Ümumi tibb, əczaçılıq, baytarlıq, klinik ordinatura, elektroenergetika, qida məhsullarının texnologiyası, informasiya sistemləri və texnologiyası, iqtisadiyyat, turizm, idarəetmə, maliyyə, ticarət, mühasibat, marketinq, insan resurslarının idarə edilməsi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, beynəlxalq əlaqələr, reklam və ictimai əlaqələr, beynəlxalq hüquq, hüquq,turizm, psixologiya, fəlsəfə, tarix, sosiologiya, dilçilik, incəsənət, musiqi, film və televiziya və s. proqramlar üzrə həm bakalavr, həm də magistr təhsili ala bilərsiniz.
Moskva Dövlət Pedaqoji Universitetində təhsil ala biləcəyiniz ixtisaslar:
- İbtidai sinif müəllimliyi
- Riyaziyyat və informatika müəllimi
- Psixologiya (müəllimlik)
- Məktəbə qədər pedaqogikası
- Xarici dil müəllimliyi
- Menecment
- Hüquq
Təhsil haqqı: Qiyabi təhsil üzrə – 800 – 1000 $, Əyani təhsil üzrə – 1700-1800 $-dır.
Attestatı olmayan tələbələr Rusiyada təhsil ala bilərlər?
Əksər gənclər Rusiyada təhsil almaq istəyir, lakin attestatı yoxdur. Buna səbəb isə 9-cu sinifdən sonra kollec təhsili almaqları və yaxud 11-ci sinifdən bakalavr təhsili alaraq attestatlarını universitetə təhvil verməkləridir. Bəzən olur ki, 9-cu sinifdən peşə təhsili üçün çıxdıqlarına görə bir sıra tələbələr attestat ala bilmir. Və yaxud tam orta məktəbi bitirmədikləri üçün atestat almaqdan məhrum olublar. Bütün bu növləri qeyd olunan tələbələrin demək olar ki, hamısının Rusiyada təhsil almaq şansı var, çünki 9-cu sinifdən peşə təhsili və yaxud kollec təhsili üçün çıxan tələbələr həmin peşə məktəbindən və yaxud kollecdən əldə etdikləri sənədlə Rusiyada oxumağa davam edə bilərlər. Bununla yanaşı, universitet bitirən və attestatı olmayan tələbələrdə həmin Universitet diplomu ilə Rusiyada oxuya bilərlər.
Rusiyada təhsil almaq üçün hansı universitetlərə müraciət etmək olar?
Rusiyada tehsil almaq üçün sizə yüzlərlə universitet təklif edə bilərik. Təbii ki, seçimlər sizin üçündür. Lakin hər bir universitetin illik təhsil haqqı fərqlidir.
Rusiyada təhsil almaq üçün təhsil haqqı ilə bizim əməkdaşlardan məlumatlar ala bilərsiniz.
Rusiyada qiyabi təhsil (bakalavr)
Rusiyada qiyabi təhsil almaq üçün siz ildə iki dəfə olmaqla Rusiyaya gedib və hər gedişdə 8-20 gün qalıb qayıda bilərsiniz. Qiyabi təhsil zamanı hər gedişdə qalacağınız minimal müddət 8 gün təşkil edir.
Əgər çox qalmaq istəsəniz ayrıca imtahanlardan əlavə keçirilən dərslərdədə iştirak etmək istəsəniz 20 günə qədər əlavə müddət qala bilərsiniz.
Rusiyada qiyabi tehsil müddəti 4 il ilə 5 il arası dəyişməkdədir.
Rusiyada yalnız attestatla, heç bir imtahan vermədən əyani və qiyab təhsil
Rusiyada əyani təhsil
Rusiyada əyani tehsil zamanı Rusiyada 4 il ərzində yaşamalı və hər gün dərslərdə iştitak etməlk lazımdır. Rusiyada əyani təhsil müddəti 4 il təşkil edir.
Rusiyada əyani təhsil zamanı özünüzü sığorta etdirməlisiniz və yataqxanaya yaxud qaldığınız yerə qeydiyyata düşməlisiniz.
Rusiyada təhsillə bağlı daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əməkdaşlarımız sizə universitetlərə qəbul qaydaları, sənədləşmə, qəbul sonrası yerləşmə barədə konsultasiya aparacaqlar.