Ölmədən öncə mütləq oxunması gərəkən ən maraqli kitablar

Kitab oxumaq üfüqlərimizi açar və bizi fərqli dünyalara aparar.  Hər yeni kitabla fərqli bir kainatın qapısını açırıq.  Ancaq oxumağa başladığınız kitab sizi özünə cəlb etməlidir.  Bəzi kitabları götürdüyünüz andan etibarən əlinizdən buraxmağa çətinlik çəkərsiniz. Bəzilərini isə iki səhifə oxuyub kənara qoyar bir daha davam etməzsiniz.

Kitab oxumağa vərdiş etmək istəyirsinizsə, cəlbedici kitablar oxumaq sizin üçün daha faydalı olacaq . Bu yazıda, bütün zamanların ən çox oxunan və ən çox satılan siyahıların zirvəsindən  düşməyən maraqli  kitablar haqqında məlumat ala bilərsiniz.

Əlinizdən buraxmayıb bir dəfəyə bitirəcəyiniz maraqli kitablar

1. George Orwell – Heyvan ferması

Ədəbiyyat dünyasının klassiklərindən olan Heyvan ferması 1945-ci ildə nəşr olunib.  İngilis yazıçı Orwellin ən çox oxunan kitablarından biri olan Heyvan ferması, fabula janrında yazılmış bir əsərdir.  Bir fermada yaşayan heyvanlardan bəhs olunan kitabda 1917-ci ildə baş verən Oktyabr İnqilabından da bəhs olunur.  Romanda dövlətlər, rejimlər və cəmiyyətlər sadə və simvolik bir şəkildə müzakirə olunur.

2.   Kiçik Şahzadə – Antoine de Saint-Exupéry

1943 – cü ildə Antuan de Saint-Exupéry

tərəfindən yazılmış bu 96 səhifəlik nağıl, dünyada ən çox oxunan və ən çox satılan kitablardan biridir. Əslən Fransızca Le Petit Prince adlandırılan kitab həm uşaqlar, həm də böyüklər üçün yazılmışdır. Kino, teatr və operaya uyğunlaşdırılan Kiçik Şahzadə indiyə qədər 210 fərqli dilə və ləhcəyə tərcümə edilmişdir.

3. Kimyaçı – Paulo Coelho

Braziliyalı yazıçı Paulo Coelho tərəfindən 1988 – ci ildə yazılan Kimyagər , yazıldığı ilk gündən bəri həmişə ən çox oxunan roman siyahısında ilk sırada yer alıb. 26 dilə tərcümə olunan əsər yeddi milyondan çox satılıb. Mövlananın ən əhəmiyyətli əsəri olan Mesnevinin bir hekayəsi əsasında yazılan roman bütün dünyada sevilib və təriflər alıb . Hələ də içindəki uşağı saxlayanlar üçün möhtəşəm bir kitab olan Kimyagər, dünyanın ən çox oxunan kitablarından biridir.

4.Cinayət və Cəza – Fyodor Dostoyevski

Rus ədəbiyyatının aparıcı adlarından biri olan Dostoyevskinin Cinayət və Cəza kitabı müəllifin şah əsəridir. Ən çox oxunan dünya klassikləri arasında yer alan Cinayət və Cəza müəllifin ikinci ən uzun romanıdır. Yazıldığı gündən təxminən 200 il keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitabların siyahısındadır. Dostoyevskinin Sibir Həbsxanasından azad edildikdən sonra yazdığı Cinayət və Cəza, realist bir perspektivlə yazılmış ən vacib əsərlərdən biridir.

5. Milena’ya Mektuplar – Franz Kafka

Müasir ədəbiyyatın ən vacib nümayəndələrindən biri olan və ədəbiyyatsevərlərin qəlbində çox xüsusi bir yer tutan öz üslubuna sahib bir simvol olan Kafkanın ən sevdiyim kitabı. Praqa yazıçısı Franz Kafkanın nəşr olunan əsərlərinin çoxu xatirələr, gündəliklər və məktublar şəklindədir. Milenaya məktublar da bunlardan biridir . Kafkanın ustalığının bu qədər dərindən hiss olunduğu kitabda cazibədar sevgi xətləri yer alıb. Hamısı da sitat gətiriləcək və altından xətt çəkiləcək cümlələrdir.

6. Şəkər portağalı – José Mauro De Vasconcelos

Şəkər portağalını Braziliya yazıçısı José Mauro De Vasconcelos 1968 – ci ildə yazmışdır. Yazıçının ən çox tanınan və ən çox oxunan kitabı olan Şeker Portakalı 16 dilə tərcümə edilmişdir . Müəllif orijinal dilinin Portuqal dilində olduğu kitabda uşaqlıqda yaşadığı hadisələrinin izlərinin olduğunu söyləyir.

7.Xəz paltolu Madonna – Sabahattin Ali

Türk ədəbiyyatının ən əhəmiyyətli adlarından biri olan Sabahattin Ali tərəfindən yazılmış kitab 1943 – cü ildə nəşr edilmişdir. Sabahattin Əli 177 səhifəlik kitabını əsgərlik dövründə çadırına yazıb. Kənardan sakit və səssiz, ancaq içəridə fırtınalar başlayan Raif Əfəndinin sevgisindən bəhs edən kitab, Sabahattin Əlinin ən məşhur və ən sevilən kitabıdır.

8. Səndən öncə mən- JoJo Moyes

Böyük bir sevgi hekayəsindən bəhs edən kitab möcüzələrə inanmayanları bir daha düşündürəcək. Son illərin ən çox oxunan və ən çox satılan kitabları arasında yer alan kitab, qeyri adi sevgi hekayəsi ilə yanaşı dünyagörüşünüzü dəyişdirən və kiçik bir ümidin belə insan həyatına nə qədər böyük bir ümid bəxş edə biləcəyini göstərən, psixolojik kitaba bənzər bir əsərdir. ( P.S. Mənim ən çox sevdiyim kitab)

9. Lev Tolstoy – Anna Karanina

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

10. Qabriel Qarsia Markez. Yüz ilin tənhalığı

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir.

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button