Maraqli hekayeler
Maraqli hekayeler hər biri burada öz başlıqları ilə qeyd edilmişdir. Aşağıda göstərilən maraqlı hekayeleri sırası ilə oxuya bilərsiniz.
Ölüm sığortası
ABŞ-ın New York şəhəri dünyanın ən yüksək nəqliyyat sıxlığına sahib olan böyük metropollərindən biridir. Budur, Nyu-Yorkun bu gərgin günlərindən birində, şəhərin 5-ci prospektində gedən bir adamı avtomobil yüngülcə vurdu. Bu istənməyən qəzada piyadanın başına heç nə gəlməmişdi. Avtomobilin sürücüsü piyada ilə danışdı, üzr istədi və işi xoşluqla bağladı.Ancaq piyada yıxıldığı yerdən qalxmağa hazırlaşırdıki , hadisəni uzaqdan görməyə gələn guya ağıllı biri vurulan piyadanın yanına gələrək yerindən qalxmadığı halda guya yaralandığını irəli sürərək sığortadan çox yaxşı pul ala biləcəyini söylədi. Səy göstərmədən qazandığı yaşıl dolları birdən-birə xəyal edən adam, pulun cazibəsi ilə durduğu yerdən yenidən maşının qabağında uzandı. Sürücü isə bütün bunlardan xəbərsiz piyadanın getdiyini düşünərək, tez hadisə yerindən uzaqlaşmaq həyancanı ilə maşını işə salıb qaza basdı. Bir anlıq nəfsinə qapılan adam nə olduğunu anlamadan belə nəfsinin bədəlini canı ilə ödədi.
Məsuliyyətli olmağın mükafatı
Qədim zamanlarda bir kral saraya gələn yolun üzərinə böyük bir qaya parçası qoydurmuş, özü isə pəncərənin kınarına oturmuşdu. Görək nələr olacaq? Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray işciləri bir bir gəldilər,sabahdan günortaya qədər.Hamısı qaya parçasının yanından keçib saraya girdilər. Çoxu kralı yüksək səslə tənqid etdi. Xalqdan bu qədər vergi alır amma yolu təmiz saxlamır. Axırda bir kəndli gəldi. Saraya meyvə,tərəvəz gətirirdi. Belindəki zənbili yerə qoydu və iki əli ilə qayaya sarılıb birtəhər itələməyə başladı. Axırda qan-tər içində qalsada daşı kənara itələyə bildi. Tam zənbilini belinə almağa çalışırdı ki, daşın əvvəlki yerində bir kisə gördü. Açdı. Kisə qızılla dolu idi. İçində də kralın yazısı var dı. ” Bu qızıllar daşı yoldan çəkın insan üçündür” yazmışdı kral. Kəndli bugün bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı. ” Hər əngəl, həyat şərtlərinizi dahada asanlaşdıracaq bir fürsətdir”.
Özünü girov götürdü
1983-cü ildə bir mağazada oğurluq edərək yaxalanan San Dieqodan olan bir qadın polisə bildirdi ki, onu buraxmasalar, qaralınca nəfəsini tutacaq. Polislər qadını buraxmadı və ölənə qədər həqiqətən nəfəsini tutdu …
Qəzadan sonra dili dəyişdi
Ömrü boyu Fransada olmamış bir avstraliyalı qadın, başından ağır yaralandığı yol qəzasından sonra fransız ləhcəsi ilə danışmağa başladı.
Kimsə boğulmadı şənliyində boğuldu
1985-ci ildə New Orleans xilasediciləri, həmin il şəhərin hovuzlarında kimsənin boğulmadığını qeyd etmək üçün bir ziyafət təşkil etdi. Gecədə qonaqlardan biri çox maraqlı bir şəkildə boğuldu …
Dərs alına bilincək maraqli hekayeler
Üç nəfər daş hərlədirdi. Onların birindən soruşurlar: – Nə işlə məşğulsan?
O, alnın tərini silərək cavab verir ki, zülm çəkirəm.
İkinciyə yaxınlaşıb, eyni sualı ona da verirlər: Bəs, sən nə edirsən?
O, qollarını çırmalayaraq,işgüzar bir tərdə cavab verir: Pul qazanıram.
Bu dəfə üçüncüdən soruşurlar: Bəs, sən nə edirsən?
O göyə baxır və cavab verir: – Məbəd tikirəm.
Hekayənin mahiyyəti : Yalnız o insanın həyat məna ilə doludur ki, onun yüksək amalları (hədəfləri) olsun.
Bir dəfə siçan görür ki, fermer onu tutmaq üçün tələ qurub. O, bu haqda toyuğa, qoyuna və inəyə xəbər verir. Amma onların hamısı cavab verirlər ki, “Tələ -sənin problemindir, bizə onun heç bir aidiyyəti yoxdur!”
Bir az sonra isə tələyə ilan düşür və o fermerin, xanımını sancır. Onu sağaltmağa çalışarkən, fermerin xanımına toyuqdan şorba bişirirlər. Sonra isə xəstəyə baş çəkənlərin hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır. Lakin sağaltmaq olmur və dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün inəyində sonu çatır.
Bütün bu müddət ərzində siçan, ona heç bir aidiyyəti olmayan hadisələri sadəcə kənardan durub, divardakı xıra dəlik vasitəsi ilə müşahidə edirdi.
Mahiyyət: Əgər nəyinsə sizə bir başa aidiyyəti yoxdursa, düşünməyin ki, bu nəsə sizin başınızda çatlaya bilməz.