Maraqli aforizmler

Aforizmler, Nietzsche’nin dediyi kimi, başqalarının bir kitabda söylədiklərini on cümlə ilə izah edə bilmək sayılır. 

Afrikalı bir məsəldə deyildiyi kimi “ Müdrik sözlər şəkər qamışına bənzəyir;  nə qədər çəksən də, dadı tükənməzdir ”.

Tarixə damğa vuran insanlardan maraqlı aforizmlər :

Bəzilərinə görə yalnızlıq xəstə insanın qaçışıdır; bəzilərinə görə isə xəstə insanlardan qaçışıdır. Fridrix Nietzsche

İnsanın özünü bərbad hiss etməsi, xoşbəxt olub olmadığına önəm verəcək qədər boş zamanı olmasından irəli gəlir. George Bernard Şou.

 “İnsanlar  həyatın məqsədinin ancaq xoşbəxtlik olmadığını düşünməyə başladıqda xoşbəxt olmağa nail ola bilərlər.”

İnsanlar sevilmək üçün yaradıldılar, əşyalar isə istifadə edilmək üçün. Dünyadakı xaosun səbəbi əşyaların sevilmələri, insanların isə istifadə edilməsidir. Cəmil Meriç.

Ədalət topaldır,ağır-ağır gəzir, amma gedəcəyi yerə mütləq çatır. Mirabeau

Ağıllı adam ağlını işlədir. Daha ağıllı adam başqalarının da ağlını işlədir. Bernard Shav

Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. Herbert Uels

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. Oskar Uayld

Yumor-zarafat arxasında gizlənən ciddilikdir. P.E.VEYS

Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. SAFİR MORİÇ.

Heyat beşiklə məzar arasında sınaq müddətidir. O. Balzak

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. A.Dante

Hər ağıl gücünün çatmadığı, idrak etmədiyi şeyi inkar edər. İbni Haldun

Nəfisdir səni yolda qoyan. Yolda qoyar nəfsə uyan. Yunus Əmrə

Yaxşı bir səyyahın məqsədi harasa çatmaq deyil.

 Milyonlarla insan almanın düşməsini gördü və görür.  Ancaq yalnız Nyuton ‘niyə?’ Deyə soruşdu.

Həyatın sirri çox, çox pis aldanmağın ləzzətini qiymətləndirməkdir.  – Oscar Wilde

Ən böyük cinayətlər zərurətdən daha çoxunu əldə etmək üçün edilir.  – Aristotel

Onlar rəqs edərkən  göründükləri üçün musiqini eşidə bilməyənlər dəli sayılırdılar.  – Friedrich Nietzsche

Təsir edici, gözəl maraqli aforizmler

Dilini tərbiyə etməzdən əvvəl ürəyini tərbiyə et, çünki söz ürəkdən gəlir, dildən çıxır.

İnsanların gələcə dair doğru qərarlar alması, hesabının olmadığı bir bankdan pul çəkməsinə oxşayır

Həyatın ən çətin sualları – ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.

Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.

Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.

Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.

Ədalət yoxdur sa haqqda yoxdur

Yaşamaq ümumi olaraq alqışı az olan teatr kimidir

Mənfəət dünyasında sədaqətli insan tapmaq ayrıcalıqdır.

Hər insan yaşar amma hər kəs yaşadığının fərqində deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button