trends

iPhone 12 modeli haqqında ilkin bilinən məlumatlar.

iPhone 12 son günlər Apple həvəskərlarının maraq dairəsində olan bir modeldir. iPhone 11 tanıtımı baş tutduqdan sonra qısa zamanda bu model haqqında da ilk sızıntılar ortaya çıxmağa başladı. İlkin verilən məlumatlara görə bu model digərlərin fərqli dizayn ilə təqdim edilməlidir.

iPhone 12 görüntüləri

iPhone 12 qiymeti və özəllikləri haqda bilinənlər

iPhone 12 consept olaraq bilgiləri məlumdur. Mənbələrin verdiyi məlumata əsasən OLED ekrana sahib olacağı və bunu LG şirkətindən alınacağı dəqiqdir. Və bu ekranların digərlərinə nisbətən çox incə olacağı gözlənilir. Apple-ın digər modellərində olan əsas batareya probleminin də bu cihazda qisməndə olsa düzəlişlər olunacağı gözlənilir. Hansı ki, son günlər Apple şirkətinin batareyalarla bağlı necə problemlər yaşadığı sizə məlumdur. Hətta bəzi ölkələrdə şirkət bu problemi aradan qaldırmaq üçün hər bir iPhone istifadəçisinə 25$ ödəyəcəyini bildirdi.
iPhone 12 qiyməti və özəllikləri barədə hələ də məlumat əldə edə bilməsək də sadəcə bu cihazın hansı dizaynda və yeniliklər gözlənildiyi barədə xəbərlər mövcuddur. Bu məlumatlarında qismən intetnetə sızılamsına baxmayaraq dəqiq məlumatlar olmadığı üçün sizlərlə bölüşmək istəmədik.

iPhone 12 haqqinda araşdırmalar

Lakin Apple araşdırmacılarının bölüşdüklərini və məntiqli izahlarını sizlərlə bölüşürük.
Apple araşdırmacısı  Ming-Chi Kuo-nun verdiyi məlumatlara görə bu cihazda yuvarlaq kənarlarına üstünlük veriləcək. Hansı ki, bu dizayn bizə iPhone 4-ü xatırlatmış olacaq. Şirkət bu cür dəyişikliyi hətta iPod Pro-nu da kiçildərək etmişdi. iPhone 12 haqqinda Kou-nun verdiyi məlumatlardan biri isə Apple şirkətinin yeni bir dizayn və ekran üzərində işləməsini bildirməyi olmuşdur. Bundan başqa Kou-nun verdiyi məlumata görə bu modelləri hamısı 5G internet dəstəkli buraxılacağı da bildirildi. 5G interneti dəstəkləyən ilk iPhone modelinin də bu cihazlarda olacağını da bildirmək istədik.

iPhone 12 qiymeti yeni özəlliklərinə baxmayaraq iPhone 11 seriyası ilə eyni məbləğlərdə olacağı gözlənilir. Nə qədər yenilikçi bir model olmasını qeyd etsək də bunların sadəcə söyləntilər olacağını da unutmamalıyıq. Üstəlik hazırkı vəziyyətdə bu xüsusiyyətlərə malik rəqibi olan Samsung Galaxy S20 modellərinin olmağını unutmayaq.
Bundan başqa yazılanlara görə (macrumors.com) bu cihaz üç fərqli ölçüdə 4 fərqli telefon olaraq təklif ediləcək. Bu ölçülər isə 5.4 düym, 6.1 düym və 6.7 düym olacağı gözlənilir. Bu özəlliklər isə təbii ki, yenə də istifadəçinin dəyişən zövqlərini qarşılamaq üçün tərtib olunub. Hətta bu seriyanın əlavə bir rəng üstünlüyü olacağı gözlənilir. Deyilənə görə isə bu rəng bənövşəyi rəng olacaq.

iPhone 12 qiymeti haqqinda yeni xəbər

30 Aprel gsmarena.com saytının verdiyi məlumatlara görə iphone 12 qiyməti bu məbləğlərlə təqdim ediləcək. Əlbəttə ki, bu qiymətlər nə qədər reala yaxın olsada əsl qiymət təqdimat zamanı açıqlanacaqdır.

iphone 12 qiymeti
iPhone 12 qiyməti
iphone 12 qiymeti
iPhone 12 qiyməti

iPhone 12 tanıtımının gecikmə səbəbləri


Həqiqətən də bir çox Apple sevərləri üçün iPhone 12 (ayfon 12) yeni bir dizayn ilə satışa çıxarılması gözləniləndir. Lakin Koronavirus səbəbi ilə bu tanıtım gecikməli olacağını da bilməlisiniz. Çünki, fevral ayından etibarən Apple şirkəti öz mühəndislərini yoxlama və test üçün Çinə göndərməyi dayandırdı.

Bloombergin verdiyi məlumatlara əsasən bu cihazın tanıtımı May ayına qədər uzadıldığı və bu müddətində dəqiq olmadığı deyilir. iPhone 12 haqqinda yeni məlumatları sizinlə bölüşəcək və bu səhifəyədə yerləşdirəcəyik.




Ən çox verilən suallar:

iPhone 12 qiymeti nə qədərdir?

Iphone 12 qiyməti hələ də tam açıqlanmasada, bu haqda araşdırmaları və deyilənləri yuxarıda qeyd etmişik buyurub oxuya bilərsiniz.

iPhone 12 haqqinda yeniliklər nələrdir?

iPhone 12 haqqinda dəqiq bilinən tək şey təqdimatının kecikməli olmasıdır.

iPhone 12 Pro Max qiymeti necə gözlənilir?

iPhone 12 Pro Max qiymeti də təqdimat zamanı daha dəqiq bilinəcək. Amma daha yüksək məbləğlər olacağı da məlumdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button