İnstagramda pul qazanmaq yolları
İnstagramda pul qazanmaq göründüyü qədər çox sadə də deyil. Bunun üçün uzun müddət və səbirli olmaq lazımdır. Bir profili qaldırmaq və aktiv hala salmaq üçün düzgün strategiya və kütlə seçməlisiniz. Yaratdığınız profil həqiqətəndə insanlara faydalı olmağı bacarmalı və onları sizi izləməyə məcbur etməlidir. Ayrıca hər gün eyni mövzudan paylaşımlar etməyib hər kütləyə uyğun paylaşımlar yaratmaq lazımdır. Bu paylaşımları edərkən də video, şəkil, musiqi(videolu) kimi fərqliliklərdə etmək lazımdır. Düşündükdə instagram istifadəçilərinin çoxu bura əylənmək, öyrənmək üçün girir və siz onlara lazım olanı verməlisiniz.
Misal olaraq öz instagram səhifəmizi göstərək. Burada hər mövzuya uyğun olaraq (film,kitab,reklam,marketinq..) və üç fərqli paylaşım növündən istifadə edərək izləyicilərin sıxılmamasını təmin edirik. Səhifənizin dizaynını, paylaşımları da çox cəlbedici və sıxılmayan etməlisiniz ki, istifadəçi sizi izlədikdə bezməsin.
İnstagramda pul qazanmaq üçün nə etməliyik?
İnstagramda pul qazanmaq üçün ilk öncə bir səhifə açın 🙂 Sonra isə nə üçün paylaşımlar etmək istədiyinizi dəqiqləşdirin.
Böyük bir kütlə toplayıb, sonra satış edəcəksiniz?
Yoxsa birbaşa satış üçün kütlə toplayacaqsınız?
Bunu yazmaqda məqsəd sizin hansı məqsədinizin olduğunu ilk öncə təyin etməyiniz üçündür. Əgər satacaq nəyinizsə varsa, ona uyğun səhifə yaradın məsələn aşağıda göstərilən tam uyğun olmasa belə, bu səhifə satış məqsədlidir. Biznes ideyaları üçün oxuyun: https://devdoping.az/biznes-ideyalar/
Pul qazanmaq üçün də bizim sizə məsləhət görəcəyimiz 3 yol var:
➡️ Səhifədə reklam alaraq
Böyük kütləli bir instagram səhifəsi yaradaraq reklam istəyən şəxslərdən qazanc əldə edin. Bu zaman siz daha keyfiyyətli paylaşımlar etməli və səhifənizi daim aktiv saxlamalısınız. Daimi reklam verərək də izləyiciləri bezdirməməlisiniz.
➡️ Satış edərək pul qazanmaq
Satmaq istədiyiniz məhsul varsa, səhifəni ona uyğun yaradaraq insanlara satış edin. Məsələn siz mebel satırsınızsa, insanlar sizin səhifəini görəcək və diqqətlərini cəlbedəcəksə alacaqlar. Buna görə də səhifəni daima cəlbedici saxlamaq lazımdır. Əgər işlərinizi böyütsəniz və satışlarınızı artırmaq istəsəniz daha uyğun stategiya üçün SMM menecerlərdən(ətraflı) kömək ala bilərsiniz.
➡️ Səhifə satmaqla
Bunu edən çox insan həqiqətən də qazana bilir. Bir profil açıb, ona uyğun kütlə toplayaraq aktiv səhifə axtaran sahibkarlara satırlar. Bu zaman ən önəmli məsələ onların istəyinə uyğun kütləni toplaya bilməyinizdir. İstifadəçisinin çoxu qadınlar olan səhifələr daha çox satılır. Bu kütlə daha çox alış veriş edən olduğu üçün belə profillərin qiymətləri də digərlərinə nisbətən baha olur. Bundan başqa internetdən pul qazanmaq üçün digər yazımızı oxuya bilərsiniz.
SALAMM .İNSTADAN NECƏ SƏHİFƏMİ ARTIRA BİLƏRƏM PUL QAZANMAQ ÜÇÜN?
Bunun üçün xüsusi məqalə yazılıb sayta paylaşılacaq. Təşəkkürlər.