Google Ads(AdWords) nədir?
Google Ads köhnə adı ilə “Adwords” Google kimi böyük platformada reklamlarınızı həyata keçirmək üçün lazım olan əsas alətdir. Bu alətlə reklamlarınızı rahatlıqla öz hədəf kütlənizə çatdıra və qazancınızı artıra bilərsiniz. Google Ads sizə həm google reklam, həm də youtube reklam strategiyalarını yerinə yetirməyə icazə verir. Google Ads internet reklam ekosistemində ən çox büdcənin xərcləndiyi kanaldır. Hətta öz təcrübəmdən deyə bilərəm ki, bir məhsul satmaq istəyərkən saytınıza ən çox trafik də bu reklamlardan gəlir. Düzgün bir google reklam strategiyası ilə biznesiniz üçün istədiyiniz hədəflərə çata bilərsiniz. Düzgün strategiyanı isə google reklam mütəxəssisləri ilə əldə edə bilərsiniz.
Bir sorğuda insanların 60%-i şirkətləri Google reklamlarına klikləyərək tapdıqlarını etiraf edirlər. (Search engineland, 2019)
Google Ads ilə hansı reklamları yarada bilirik? Google reklam növləri hansılardır?
- Axtarış sistemi reklamları – google axtarışları zamanı reklamınızın ilk sıralarda görünməsini təmin edir.
- Google görüntü reklamları – şirkətinizin şəkil, GIF, Banner reklamlarını 2 milyondan çox sayt üzərində görünməsini üçün istifadə edilir.
- Youtube reklamları – video reklamlarınızı youtube üzərindən daha çox auditoriyaya çatıra bilərsiniz.
- Remarketinq reklam – remarketinq ilə mövcud müştəri bazanıza yenidən satışlar edə bilərsiniz.
- Alış-veriş reklamları – bizim ölkə üçün hazırda mövcud olmasa belə, xarici bazar üçün ən önəmli reklam vasitəsidir. Satış üçün çox önəmli göstəricilər qazandırmaqdadır.
Google Ads işlədərkən nələrə diqqət etməliyik?
- Fəaliyyət göstərdiyiniz əraziyə (ölkəyə) uyğun olaraq tənzimləyə,
- Hansı hədəf kütləyə xitab edəcəyinizi düzgün təyin etməyə,
- Günlük (aylıq) büdcənizi müəyyənləşdirməyə,
- Müştəri cəlbetmək üçün düzgün strategiya qurmaq,
- Reklamınızı hansı qaynaqlarda (sayt) göstərilməsini tənzimləyə,
- Reklamlarınızın nə qədər effektiv olmasını göstəricilərlə çox asanlıqla analiz edirsiniz.
- Büdcəni uyğun şəkildə müəyyənləşdirmək,
- Açar söz araşdırmasını düzgün etmək,
- Google Ads terminlərini anlamaq (CPC,CPA və s),
- Nəticələri düzgün analiz etmək və ona uyğun optimizasiya etmək.