Möhtəşəm replikleri ilə məşhur marketinq filmləri.
Filmlər bir insanın düşüncələrini səhnələndirməsidir. Bəzən isə tarix, elm, fantastik və hansısa mövzu üzərində yaradılır bu işlər. Sizinlə bölüşəcəyimiz filmlər isə marketinq sahəsi ilə məşğul olan və maraq göstərən insanlar üçündür. Bu filmler hətta bir insanın öz şəxsi inkişafına təkan verəcək kateqoriyadadır. Filmər bəziləri təcrübələr və real hadisələrdən götürülərək hazırlanmışdır.
Qeyd: Spoiler olmasın deyə hər film haqqında sadə, qısa məlumat verəcəyik. Diqqətinizi çəkməsi üçün isə hər birindən əsas replikləri oxuya bilərsiniz.
1. Thank You For Smoking
Film dünyanın ən böyük tütün və siqaret istehsalı şirkətində işləyən Nik Naylor adlı uğurlu bir işcinin etdikləri haqqındadır. Bu adam siqaret aslılığı olan adamların və tütün şirkətlərinin haqqını qorumaqla məşğuldur. Bütün dünya siqaretin ziyanlarından danışıb təbliğ etsə belə, Nik bu mübarizəyə dayanmadan davam edir. Hətta bu filmdə dünyada siqaretin necə reklam edilməsi və siqaret haqqında bəzi gerçəklikləri görəcəksiniz.
Filmlərdə biri siqaret çəkirsə, ya psixopatdır ya da avropalı.
Thank You For Smoking (2005)
Michael Jordan topla oynayır. Charles Manson insanları öldürür. Mən isə sadəcə danışıram. Hərkəsin xüsusi bir bacarığı var.
2. Syrup
Bu film imicin nə qədər önəmli olduğu haqqında məlumat vermir, hətta beyninizə yeridir. Reklamla insanlara necə təsir etmək olar və reklamların gizli yanlarını göstərən bu filmi mütləq izləməlisiniz.
Seks bioloji bir şeydir, amma marketinqdə daha çox müraciət olunur
Syrup (2013)
3. The Founder
McDonald’s necə yarandı? Necə bu qədər məşhurlaşdı? və s kimi bütün suallarına cavab tapacağınız bir film.
Bir rəqibimin boğulduğunu görsəm, boğazına xortum soxardım.
McDonald”s Amerikanın yeni kilsəsi ola bilər.
The Founder (2016)
4. The Pursuit of Happyness
Bir daha kimsənin sənə bir şey edə bilməzsən deməyinə icazə vermə, hətta mənim də. Bir xəyalın varsa, arxasını buraxmamalısan. İnsanlar,özlərinin edə bilmədikləri şeyləri sənin də edə bilməyəcəyini söyləyərlər. Bir şeyi istəyirsənsə arxasınca get və əldə et, bu qədər.
The Pursuit of Happyness (2006)
5. Branded
Marketinqi ilk tapan Lenin idi. 1918-ci ildə insanlara Komunizmi mənimsətmək üçün mütləq və əvəzsiz bir yol tapdı. “Sovet Gücü” – işçilərə fabrika, fermerə tormaq, əsgərə barış….
Branded (2012)
Əlindəki tək şeydən bir məhsul yaratdı: Xoşbəxtlik. Marketinq budur.
Biz hələ də Leninin yaratdığı dünyada yaşayırıq. İnsanların istəklərinə görə şəkillənən şeyin markalar olması lazım idi amma əksi baş verir. Artıq insanlar markaların istəklərinə görə şəkillənir.
6. Steve Jobs
Steve Jobs haqqında möhtəşəm film. Apple bütün dünyada necə bu qədər məşhur oldu? İzləyin və görün. 🙂
Wozniak:
Jobs (2015)
Kod yaza bilmirsən, proqramist deyilsən, dizayner deyilsən, çəkiclə mismar belə vura bilmərsən, ana platanı mən yaratdım, qrafik dizayn başqasından oğurlandı, qutunu belə başqası hazırladı, bəs niyə gündə 10 dəfə xəbərlərdə “Steve Jobs bir dahi” yazısını oxuyuram? Hə nə edirsən axı sən?
Steve Jobs:
Mən orkestranı idarə edirəm, sən isə əla musiqiçisən. Orda oturursan və sıranın ən yaxşısısan.
7. The Social Network
Facebook necə yarandı? Mark zuckerberg kimdir? Facebook niyə bu qədər tez uğur qazandı kimi suallarınıza bu filmdən cavab tapa bilərsiniz.
İnsanoğlu fermalarda yaşadı, sonra şəhərlə köçdülər, indi isə internetdə yaşayacaq.
The Social Network (2010)