Pandemiya dövründə şirkətinizi gücləndirəcək 4 metod
Dünya üzərində tüğyan edən Covid-19 pandemiyası minlərlə, hətta milyonlarla kiçik və orta biznes sahibkarlarına çox ciddi ziyan vurmaqla yanaşı, nəhəng korporasiyalara da çox ciddi zərər vurur. Qlobal olaraq dünya dövlətlərində davam edən iqtisadi durğunluq biznes sahəsinə kritik zərbə vuraraq milyonlarla insanı işsiz qoydu. Hətta ən hazırlıqlı şirkətlər belə bu pandemiyadan ciddi zərər görərək büdcə kəsrləri və işçi ixtisarına getmək məcburiyyətində qalıb. Post pandemiya dövrünə qədəm qoyulduğu və yeni dönəm başladığı hər kəsə məlum olduğu kimi, bu dönəmə də sahibkarlar və biznesmenlər hazır olmalıdır. Yaranmış iqtisadi durğunluqdan istifadə edib,yeni-yeni ideyalar haqqında düşünülməli və bu ideyaları strateji olaraq planlamaq lazımdır.
1️⃣ Məhsulunuzu və ya xidmətinizi inkişaf etdirin
Mark Kubanın fikrincə ”əgər başqa xidmətlər təklif edə bilirsinizsə, bunu edin” deyərək kiçik və orta biznesin pandemiyaya necə cavab verməli olduğu sualına isə indi əla vaxtdır. Hər şey dayanıb, iqtisadiyyat hərəkət etmir. İllər ərzində buraxdığınız boşluqlarıı tamamlaya bilərsiniz. Sizə hansı məhsulun lazım olacağı,hansı məhsulun daha çox satış edəcəyi və ən əsası isə illər ərzində toplanmış satış və müştəri məlumatlarını bir daha nəzərdən keçirməyin əsl zamanıdır” cavablayıb.
Mövcud sisteminizi qorumaq əvəzinə hansı məhsulunuzun daha çox satılmasına və ya daha yaxşı bir istifadəçi təcrübəsi yaratmasına kömək edəcəyini düşünün. Artıq yeni dönəm yeni tələb gətirəcəyi üçün sizin təklif edəcəyiniz xidmət və ya məhsullar həmin tələbləri tam olaraq qarşılamalıdır.
2️⃣ İşçilərinizin təhsilinə investisiya edin
Bildiyimiz kimi ən yaxşı investisiya məhz təhsilə edilmiş investisiyadır. İşçilərə şirkət daxilində başqalarından yeni bacarıqlar öyrənməyə kömək etmək üçün təlim sessiyaları təşkil edin.Yeni işçilər üçün daha təcrübəli iş yoldaşlarının köməyi ilə mentorluq imkanları yaradın. İşçilərinizə bacarıqlarını artırmaq və potensial olaraq vacib onlayn əlaqə yaratmaq üçün virtual konfranslarda iştirak etmək imkanı verin. İllər ərzində vaxt və maliyyə sərf edib yetişdirdiyiniz kadrları ixtisar etmək əvəzinə onları qoruyub saxlamaq ən doğru addım olacaq.İşinizə və işçi qüvvənizə investisiya qoyarkən bu pandemiyadan ən yaxşı dəyişikliklərin daimi olacağını unutmayın. Yeni məhsullar inkişaf etdirmək şirkətinizi yeni bazarlara tanıtmaq deməkdir.Yeni bazarlara tanınmaq daha çox müştərilərə çatmaq və sizin müştəri portfelinizi artırmaqdır.
3️⃣ Yeni tərəfdaşlıq imkanları axtarın
Covid-19 pandemiyası özü ilə iqtisadi durğunluq gətirməsi ilə yanaşı bir fürsətdə gətirərək yeni-yeni tərəfaşların bir cəbhədə birləşməsini yaratdı. Pandemiyanın vurduğu ziyanı qarşılamaq kiçik və orta sahibkarlığa çox ciddi yük olduğu üçün eyni və ya oxşar məhsul təklif edən biznes sahələri bir yerdə cəmləşə və birləşməsi daha məqsədəuyğun hesab edilir.Bazarda rəqabət qabiliyyətini qorumaq və xidmət keyfiyyətini artırmaq üçün mütləq dərəcədə özünüzə yeni tərəfdaşlar axtarışınıza çıxın.Bununla yanaşı, həmçinin sizinlə eyni məqsəddə olub lakin bazara daxil olmaq imkanı az olan tərəfdaşlarla da birləşib fərqli məhsul da təklif etmək pandemiyanın vurduğu zərərlərə qarşı ən yaxşı müdafiə üsuludur.Çətin dövrlərdə belə faydalı şirkətlər tapıb,uzunmüddətli iş birliyi yaratmaq mümkündür.
4️⃣ Rəqəmsallaşmağı bacarın
Xidmət və məhsullarınızı online sistemə keçirməyiniz siz bir addım daha müştəriyə yaxın edir. Məhz bu dövrdə yaranmış vaxt imkanı sizin bu sistemin daha da təkmilləşdirilməsinə və ya yenidən yaradılması üçün əla fürsətdir. Məhz post pandemiya dövrün online iş üzərində qurulacağını ehtimal etsək sizin də bazarda rəqabət qabilyyətinizi saxlamaq, daha çox müştəriyə çatmaq üçün bu sistem labüddür. Rəqəmsallaşmaq haqqında daha ətraflı isə buradan oxuyun.
Türkiyədə təhsil üçün sayta keçid edərək maraqlana bilərsiniz.