İş üçün motivasiya
İşə qəbul olunmaq üçün lazım olan sənədlər arasında motivasiya məktubu da tələb olunur. Bəzi insanlar iş üçün motivasiya məktubu necə yazılmalıdır bilmirlər. Buna görə də məktub yazmırlar ya da rezyume tək göndərilir. Belə olduqda demək olar ki müsahibəyə çağrılmırlar.
İş üçün motivasiya məktubu necə yazılmalıdır?
Motivasiya məktubu elə adi məktub kimi bir şeydir.
Motivasiya məktubu əsasən gənc mütəxəssislərdən, məktəbdən yeni məzun olmuş gənclərdən və tələbələrdən tələb olunur. Gənc mütəxəssislərin iş təcrübəsi olmadığı və ya az iş təcrübəsi olduğu üçün müvafiq olaraq iş şöbəsi belə namizədlər haqqında əsas meyar olaraq motivasiya məktubunu əsas götürürlər.
Bir menecerdə müsbət təəssürat yaratmaq üçün motivasiya məktubu əla fürsətdir.Fərqliliyinizi göstərmək, namizədlər arasından ayrılmaq üçün məktubda detallara diqqət eləmək lazımdır.
Motivasiya məktubu sizin inandırıcılıq qabiliyyətinizin əyani sübutudur. Bir iş yerinə müraciət edərkən onlarla namizəd içərisindən “Niyə məhz səni seçməli olduqlarını” izah edən qısa hekayədir. Motivasiya məktubunda siz öz arzu və xəyallarınızı, təhsilinizi, gələcəkdə olmaq istədiyiniz yeri və status haqqında məlumat veririsiniz. Qarşınızdakı şəxsin sizi seçməsi üçün qısa hekayə danışırsınız.
Məktubunuzu çox uzatmayın, hər şeyi qısa şəkildə qeyd edin. Peşəkar şirkətlərin sizin uzun məktubunuzu oxumağa vaxtı yoxdu.
Unutmayın məktubu oxuyan şəxsdə xaraqteriniz haqqında ümumi fikir formalaşdırmalısınız. Ona görə də internetdə olan şablon məktublardan istifadə eləməyin. Professionallığınızı qoruyaraq yaradacağınız fərqlilik sizi yadda qalan edəcək.
İş üçün motivasiya məktubu yazarkən. Əvvəlcədən şirkət haqqında araşdırma aparın. Şirkətdə hal-hazırdakı şəraitdə baş verənlərin şirkətin fəaliyyətinə təsirini öyrənin. Həmin problemin həllinə dair ideyanız varsa məktubda qeyd edin.
Məktubda təhsil və təcrübənizdən əlavə şirkətdə işləmək həvəsinizidə qeyd edin. Həmin şirkətdə işləməyin sizin üçün niye vacib olduğunu qeyd eləmək şansınızı artıracaq. Amma məktubu yazarkən nə özünüzü nə də şirkəti tərifləməyin.
Vakansiyada qeyd olunan tələb və vəzifələri oxumaqla kifayətlənməyin. Şirkətin dəyərləri, iş prinsipləri, işcilərdə görmək istədikləri keyfiyyətlər barədə araşdırma edin. Həmin keyfiyyətlərə sahib olduğunuza əminsinizsə bunu məktubda qeyd edin. Yazmaqla kifayətlənməyin. Qeyd edin. Sizin şirkətə verəcəyiniz faydaların onların missiyaları ilə üst-üstə düşdüyüne onları inandırın.
Motivasiya məktubu üçün vacib olan cəhətlərdən biri də onun dizaynıdır. Çalışın rənglərdən, cədvəllərdən, keyfiyyətli şəkillərdən istifadə edin. Məktubu oxuyacaq şəxs hımin məktubda sizin nələri bacardığınızı görməlidir.
Yazdıqlarımı ümumiləşdirərək motivasiya məktubunda qeyd edilməli olan əsas məlumatları aşağıda qeyd edirəm.
Özünüz haqqında
- Kimsiniz
- Ailə durumunuz
- Təhsiliniz
- İş təcrübəniz
- Hobbiləriniz
- Güclü və zəif tərəfləriniz
- Məqsədiniz, hədəfiniz
Müraciət etdiyiniz yer haqqında
- Gözləntiləriniz nələrdir?
- Necə bir təcrübə əldə etmək istərdiniz?
- Onlar sizdən nə gözləməlidilər?
- Həmin şirkət haqqında gələcək məqsədləriniz nələrdir?
- Şirkətin fəaliyyətinə necə bir köməklij göstərə bilərsiniz?